Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Rusiyanı belə “cəzalandırır”...

Tarix: 05-09-2019 14:37     Baxış: 3173 A- / A+
Ermənistan Rusiyanı belə “cəzalandırır”...

Ermənistanda oturub fikirləşiblər və qərar veriblər ki, Rusiyanın sürücülük vəsiqələri qadağan olunsun.

Bu barədə sosial şəbəkənin erməni seqmentinin istifadəçiləri Ermənistan polisinin rəis müavini Ovannes Köçəryana istinadən informasiya yayıblar.

Rəis müavini beynəlxalq daşınmalar həyata keçirən sürücüləri istisna etməklə ölkə ərazisində xarici sürücülük vəsiqəsinə sahib sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin daşınma və xidmətinin qadağan edilə biləcəyini söyləyib.

“Sözügedən qadağa bu dövlətlərin arasında qarşılıqlı dostluq münasibətləri saxlandığı halda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin vətəndaşlarına şamil edilməyəcək”, - Köçəryan bildirib.

Burada bir sual yaranır, görəsən rəis müavininin işarə vurduğu, Ermənistanın dostu olmayan kimdir?

Qeyd: Rusiya qanunvericiliyi xarici sürücülük vəsiqəsi olan əcnəbilərin (rus dilinin ikinci rəsmi dil olduğu ölkələr istisna olmaqla) Rusiya Federasiyasında sürücü işləməsini qadağan edir. Ermənistan rus dilinin heç bir statusu olmadığı yeganə AİB ölkəsidir.

Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan bir qədər əvvəl sözügedən məsələyə münasibət bildirərkən qeyd edib ki, Rusiyada qəbul edilmiş qanun Ermənistana münasibətdə diskriminasiya xarakteri daşıyır. Çünki Ermənistandan başqa heç bir AİB üzvünə qarşı bu cür tələb yoxdur.

Bütün bunlara Ermənistanın siyasi sığınacaq verdiyi rus dissident Vitali Şişkinin də məsələsini əlavə etsək, o zaman mənzərə aydındır.

Nə qədər gülməli olsa da Ermənistan Rusiyaya bəzi sanksiyalar tətbiq edir. Bunun nəyə gətirib çıxara biləcəyi praktiki cəhətdən hər kəsə məlumdur. Burada məsələ başqadır: İrəvan nəyə ümid edir və kimə güvənir?

Xatırladaq ki, Rusiya vətəndaşı Vitali Şişkin antirusiya fəaliyyəti, o cümlədən ölkə rəhbərliyi və Prezident Putinə qarşı aksiyalarda özünü parlaq şəkildə göstərib. Şişkin - sağ liberalların qeydiyyatdan keçməmiş partiyasının lideridir, avrointeqrasiya şüarları ilə çıxış edir və Qərb ölkələrinin Rusiyada müdafiəsinə qalxır./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar