Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məzarlıqdan gələn qorxulu səslərin sirri çözüldü

Tarix: 04-09-2019 15:09     Baxış: 2163 A- / A+
Məzarlıqdan gələn qorxulu səslərin sirri çözüldü


Türkiyənin Aydın bölgəsində Kızılcaköy məzarlığından gecə vaxtı yüksələn inilti səsləri ətrafdakıları qorxuya salıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, məzarlıqda axtarış işlərinə başlayan polis işçiləri inilti səslərinin məzarlıqdan deyil, məzarlığın yaxınlığında yerləşən bir quyuya düşən xəzinə axtaran şəxsdən gəldiyin müəyyən edib. xilasetmə komandasının çalışmaları nəticəsində təxminən 20 metr dərinlikdəki quyudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.
Verilən məlumata görə, Ü.İ adlı şəxs bir qrupla birlikdə bu quyuda xəzinə olduğuna dair məlumat alıb. Gecə yarısı gizlicə bölgəyə gələn qrup illər əvvəl dəmirlərlə bağlanmış quyunu açıblar. Ü.İ xəzinələri tapmaq üçün olduqca dərin quyuya enərkən yıxılıb. Ayağı, qolu və qabırğaları qırılan adamı dostları quyudan çıxara bilmədikdə onu orada buraxıblar.

Ətrafdakı vətəndaşlar məzarlıqdan inilti səsi gəldiyini eşitdikdə vəziyyəti polisə bildiriblər. bədəninin müxtəlif yerlərində çox sayda qırıq olan yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Polis adamı orada tək qoyaraq ölümə tərk edən digər şəxslər üçün axtarış işlərinə başlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar