Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistan Qarabağdan rədd ol!": Ankaradakı mitinqdən

Tarix: 02-09-2019 21:35     Baxış: 4171 A- / A+
"Ermənistan Qarabağdan rədd ol!": Ankaradakı mitinqdən

Türkiyənin Vətən Partiyasının gənclər təşkilatı görkəmli dövlət xadimi Tələt paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada izdihamlı etiraz nümayişi keçirib.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, Ankaranın mərkəzi Ulus meydanında təşkil olunan nümayişdə minlərlə insan iştirak edib. “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlarla yürüş edən nümayişçilər 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.

Nümayişçilər adından yayılan bəyanatda bildirilir ki, sözügedən heykəlin quruluşu və siyasi mahiyyəti insanlıq əleyhinə cinayətdir. Nümayişçilər Türkiyənin dövlət və hökumət orqanları qarşısına məsələ qaldırıblar ki, bu heykəlin götürülməsi üçün bütün diplomatik vasitələrdən istifadə olunsun, o cümlədən beynəlxalq təşkilatlar qarşısına qətiyyətlə məsələ qaldırılsın.

Bəyanatda göstərilir ki, Türkiyə gəncliyi heç vaxt Tələt paşaya qarşı edilən təhqiri bağışlamayacaq.

Qeyd edək ki, nümayişdə, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin dayandırılması, o cümlədən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırımını törədənlərin cəzalandırılması tələb olunub. Dünya birliyinin bu acı həqiqətlərə göz yummasının yolverilməz olduğu ifadə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar