Sizin Reklam Burada
Xəbər lenti
26 yanvar
25 yanvar
BÜTÜN XƏBƏRLƏR

11 Sentyabrın təşkilatçısı məhkəmə qarşısında - Şok faktlar açıqlandı

Tarix: 31-08-2019 21:02     Baxış: 4130 A- / A+
11 Sentyabrın təşkilatçısı məhkəmə qarşısında - Şok faktlar açıqlandı


2001-ci ilin 11 Sentyabrında ABŞ-a qarşı həyata keçirilən terror hücumunun memarı Xalid Şeyx Məhəmməd 20 ildən sonra məhkəmə qarşısına çıxarılır.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Şeyx Məhəmməd və Quantanamo həbsxanasında saxlanılan 4 şəxsi 2021-ci ilin 11 yanvarında hərbi məhkəmə mühakimə edəcək.

Bu şəxslər hərbi cinayətdə, terrorizmdə və 3 min insanın qətlində ittiham olunur.

Məhkəmə prosesi ilə 2001-ci ilin 11 Sentyabrında Nyu York, Vaşinqton və Pensilvaniyada həyata keçirilən qanlı terror hadisələri ilə əlaqədar olaraq Quantanamo həbsxanasında saxlanılan terrorçuların ilk dəfə ədalət qarşısına çıxarılması baş verəcək.

Qeyd edək ki, Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda saxlanılıb və dərhal Quantanamo həbsxanasına gətirilib. 16 ildir həbsdə olan Məhəmmədin məhkəmə önünə çıxarılması dəfələrlə təxirə salınıb. 11 Sentyabr terrorunun memarı kimi tanınan Şeyx Məhəmmədin "şəhid olmaq məqsədilə" günahkar olduğunu qəbul etmək istədiyi deyilir.

Pentaqon bir neçə il əvvəl elan etmişdi ki, 11 Sentyabr hücumlarında A-dan Z-yə qədər cavabdeh şəxs Xalid Şeyx Məhəmməd olub.

İddia edilir ki, Şeyx Məhəmməd bir sıra terror hadisələrində fəal rol oynayıb. 2002-ci ildə İndoneziyada bir gecə klubunun bombalanması, 1993-cü ildə Dünya Ticarət Mərkəzinin vurulması bu sıradadır.

ABŞ-ın bir qrup hüquqşünası ifadə və etirafların işgəncə altında alındığını əsas gətirərək məhkəmə tərəfindən onların qəbul edilməyəcəyini qeyd edirlər.

Şeyx Məhəmməd Quantansmo həbsxanasında işgəncələrə məruz qaldığını bəyan edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuata sızan qeydlərində də Şeyx Məhəmmədin boğulma təsiri yaradan işgəncə maşınından 183 dəfə keçirildiyini isbatlayıb.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar