Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milyarder açıqladı: “Gələcəkdə insanlar yalnız 12 saat işləyəcək”

Tarix: 29-08-2019 19:40     Baxış: 3133 A- / A+
Milyarder açıqladı: “Gələcəkdə insanlar yalnız 12 saat işləyəcək”

“Alibaba” şirkətinin baş direktoru Cek Ma gələcəkdə insanların həftədə yalnız 12 saat işləməli olduqlarını söyləyib. O, hesab edir ki, əsas yük süni intellektin çiyinlərinə düşəcək. Eyni zamanda, iş adamından bu sözləri eşitmək çox qəribədir, çünki bu yaxınlarda o, altıgünlük iş rejimini müdafiə etmişdi.

Manevr.az xəbər verir ki, “World Artificial Intelligence Conference” konfransı çərçivəsində iş günü haqqında öz kritik fikirləriylə məşhur olan milyarder və “Alibaba”nın direktoru Cek Ma gözlənilmədən bildirib ki, gələcəkdə insanlar yalnız həftədə 12 saat işləyəcəklər. Manın sözlərinə görə, süni intellekt işçilərin üzərinə düşən öhdəliklərin bir hissəsini götürəcək və beləliklə insanların əlavə işdən azad olunmasına kömək edəcək. “Alibaba”nın yaradıcısı elektrik enerjisini insanları bir sıra əziyyətlərdən azad edən bir texnologiya kimi misal göstərib:
Milyarder açıqladı: “Gələcəkdə insanlar yalnız 12 saat işləyəcək”

"Elektrik enerjisinin gücü ondan ibarətdir ki, indi insanlar axşam saatlarında karaoke və ya bir ziyafətə rahatlıqla gedə və özünə daha çox vaxt ayıra bilər. İnanıram ki, süni intellektin tətbiqi ilə insanlar daha çox zaman qazanacaq və insanlıqdan zövq alacaq”.

Ma əlavə edib ki, növbəti 10-20 ildə təhsildə islahatların aparılması lazımdır ki, gənclər həftədə 12 saat (həftədə üç gün, gündə dörd saat vaxt) tələb edən iş tapa bilsinlər.

"Mövcud təhsil sistemini dəyişdirməsək, problemimiz olacaq" , - deyə iş adamı çıxışını yekunlaşdırıb.

Onun sözlərinə görə, indiki təhsil sistemi sənaye çağına görə geridə qalır və müasirliyə tamamilə uyğun deyil.

Məlumat üçün bildirək ki, 2019-cu ilin yazında Cek Ma həftənin altı günü və gündə 12 saatlıq iş mədəniyyətini müdafiə etmişdi. Onun sözlərinə görə, uğur qazanmağın yeganə yolu budur.
Milyarder açıqladı: “Gələcəkdə insanlar yalnız 12 saat işləyəcək”

“İnanıram ki, həftənin altı günü səhər doqquzdan axşam doqquzadək işləmək xeyirdir. Dünyamızda hər kəs uğur qazanmaq, yaxşı həyata və hörmətə sahib olmaq istəyir. Ancaq icazə verin soruşum ki, başqalarından daha çox vaxt və enerji sərf etməsəniz, nəyə nail olacaqsınız? ” , - deyə Ma "Alibaba" işçiləri ilə görüşdə söyləmişdi.

Əlavə olaraq, iş adamı imperiyasını qurarkən çox işlədiyini və işçilərindən də eyni qayıdışı gözlədiyini vurğulamışdı.

Ümumdünya Süni İntellekt Konfransı mərhələsində Cek Ma “Tesla” və “Space X”-in rəhbəri İlon Mask ilə də görüşüb. Birlikdə süni intellektin mümkün riskləri və imkanlarını müzakirə etsələr də, ortaq bir fikrə gələ bilməyiblər.

Çinli iş adamı süni intellektlə əlaqəli "nikbin" olduğunu söyləyib və bildirib ki, özü və Mask kimi ağıllı insanların qorxması üçün heç bir səbəb yoxdur.

Maskın sözlərinə görə, bu texnologiya insanların düşündüyündən daha sürətli inkişaf edir. Cek Ma da öz növbəsində etiraf edib ki, süni intellekt o qədər inkişaf edib ki, şahmatda insanı məğlub edə bilər. Ancaq o, maşınla oynamaq istəmədiyini bildirib.

“... Kompüterlərdə proseslər var, insanların isə ürəkləri. Hikmət ürəkdən gəlir” , - deyə “Alibaba”nın başçısı xüsusi vurğulayıb.

Onun sözlərinə görə, kompüterlər ağıllı ola bilər, amma insanlar yenə də sürətli olacaqlar. Bu fikirlə razılaşmayan Mask isə maşınların ağıl baxımından artıq insanları üstələdiyini söyləyib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar