Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Trampın Rusiyada işləmiş ortağının kəşfiyyatla əməkdaşlığı üzə çıxdı

Tarix: 29-08-2019 16:23     Baxış: 3149 A- / A+
Trampın Rusiyada işləmiş ortağının kəşfiyyatla əməkdaşlığı üzə çıxdı
ABŞ Prezidenti Donald Trampın keçmiş biznes ortağı Feliks Seter Rusiyada işləyəndə Amerikanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və onlara Rusiyanın raketdən müdafiə sistemi haqqında məlumatları ötürüb.

Manevr.az bildirir ki, bu barədə RBC Nyu-York dairə məhkəməsinə “Morgan Lewis» vəkil kontorunun hüquqşünasları tərəfindən göndərilən məktuba istinadən məlumat yayıb.

Həmin məktubda bildirilir ki, 1990-cı illərin sonlarında F. Seter Rusiyada “AT&T” telekommunikasiya şirkətində işləyib. İş adamı fırıldaqçılıq şübhəsi ilə axtarıldığını biləndə, Mərkəzi Kəşfiyyat İdarəsi və FTB ilə əməkdaşlıq etməyə başlayıb. Xüsusilə qeyd edilir ki, Seter ABŞ hakimiyyətinə Rusiyanın raketdən müdafiə sistemi barədə məlumatları əldə etməkdə kömək edib.
Trampın Rusiyada işləmiş ortağının kəşfiyyatla əməkdaşlığı üzə çıxdı
"Feliks Rusiya ilə əlaqələrindən istifadə edərək Rusiyada raketdən müdafiə sisteminin yerləşdiyi qapalı hərbi obyektlərdən birinə girib. Topladığı məlumatı ABŞ kəşfiyyatı zabitinə ötürüb", - deyə məktubda qeyd olunub.

Saterin hərbi bazaya necə daxil olmasının təfərrüatları, eləcə də bazanın adı məxfi saxlanılıb.

Rusiyadan ABŞ-a anti-ballistik raket sistemlərinin birbaşa tədarükü barədə rəsmi məlumat yoxdur. Ancaq Vaşinqtonun Rusiya S-300 sistemlərini Belarus (1990-cı illərdə) və Ukraynadan (2000-ci illərdə) aldığı bəllidir. Pentaqon vasitəçi şirkətlər vasitəsilə bu əməliyyatları həyata keçirdib. ABŞ hakimiyyətinin bu zenit-raket komplekslərini almaqda məqsədi özünün raket sistemlərini təkmilləşdirmək üçün Rusiya texnologiyalarından istifadə etmək idi.
Trampın Rusiyada işləmiş ortağının kəşfiyyatla əməkdaşlığı üzə çıxdı
Feliks Seter (doğum adı - Feliks Şeferovski) 1966-cı ildə Moskvada anadan olub. Sonradan ailəsi ABŞ-a köçüb. O, Nyu-Yorkda “Street Broker” firmasını təsis edib. 1998-ci ildə Saterə qarşı fırıldaqçılıq maddəsi ilə cinayət işi qaldırılıb. 11 il sonra istintaqla əməkdaşlıq edən iş adamı 25 min dollar cərimə olunmaqla yüngül cəzalandırılıb. Sonra isə sahibkarlıq fəaliyyəti və daşınmaz əmlak sahəsi ilə məşğul olub. Seterin Donald Trampla ortaq layihələri haqqında məlumatların olması da diqqətdən yayınmayıb.

2018-ci ilin dekabr ayında CNN, Trampın seçki kampaniyası dövründə Rusiya ilə əlaqələri olan ortaqlarının siyahısını dərc edib. Siyahıda 16 nəfərdən biri də Felek Seter idi...virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar