Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranda qadın hüquq müdafiəçisi hicabdan imtina etdiyi üçün 15 il həbs cəzası aldı

Tarix: 28-08-2019 19:44     Baxış: 4215 A- / A+
İranda qadın hüquq müdafiəçisi hicabdan imtina etdiyi üçün 15 il həbs cəzası aldı

İranın qadın hüquq müdafiəçisi Səba Kord Afşari “hicabı çıxarmaq yoluyla fəhişəliyi yaymaq” cinayəti nə görə 15 il azadlıqdan məhrum etmək cəzası alıb.

Manevr.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzetində məlumat bildirilib.

Gələn informasiyalarda İranda qadın hüquqlarının aktvi müdafiəçilərindən biri hesab olunan 20 yaşlı S.Afşari hökmlərin ümumi cəmlənməsi ilə 24 il həbs cəzası çəkəcək.

Belə ki, onun hələ keçən il eyni hadisəyə görə tutulduğu, bu ilin fevral ayında isə azad olunduğu qeyd edilib. Lakin hətta bundan sonra da öz mövqeyindən geri çəkilməyən Səba Kord Afşari anası ilə birlikdə yenidən saxlanılıb.

Yazıda yaxın bir həftə ərzində İranda “anti-dövlət təbliğatı aparmaq” suçundan 3 qadın fəalın hər biri 6 il olmaqla azadlıqdan məhrum edildiyi göstərilib.

Qeyd olunur ki, 2018-ci ilin yanvarından etibarən İranda hicab əleyhinə qadınların təkadamlıq piket formasında etiraz aksiyaları vüsət alıb. Qadınlar küçənin ortasında başlarındakı yaylıqları çıxarıb onları hamının gözlərini önündə yellədərək mövqelərini ifadə edirlər.

İran qanunlarına görə, ictimai yerlərdə qadınların başı açıq gəzməsi qadağandır. Bəzi hüquq müdafiəçiləri avtomobillərin ictimai deyil, özəl məkan olduğunu müdafiə edərək burada hicabsız görünürlər.

Lakin bununla bağlı cəmiyyətin fəal kəsimi öz etirazlarını əsasən sosial şəbəkələrdə dilə gətirirlər. Məsələn, İran jurnalisti Məsih Alinecadunun “Facebook”da yaratdığı “My Stealthy Freedom” (Mənim gizli azadlığım) qrupuna bir milyondan çox insan üzv olub.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar