Xəbər lenti
Türklər kosmosa uçacaq - Ruslarla birgə

Rusiya Türkiyəyə öz astronavtlarını Rusiya kosmik stansiyasına göndərməyi təklif edib.
Manevr.az bildirir ki, Rusiyanın kosmik işlər üzrə dövlət korporasiyasının ("Роскосмос") rəhbəri Dmitriy Roqozin Rusiya prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Jukovski aerodromunda keçirilən Beynəlxalq Aviasiya və Kosmik Salon "MAKS 2019" aviasalonuna ziyarəti zamanı belə bir təkliflə çıxış edib.
D.Roqozin bildirib ki, respublikanın yubileyi münasibəti ilə Türkiyə astronavtlarının orbitə uçuşu təşkil oluna bilər:
"Kosmonavtların hazırlıq mərkəzi belə bir əməkdaşlığa hazırdır".
R.T.Ərdoğan da təkliflə razılaşıb: "Biz sizin müqəddəs işinizə qoşulacağıq. Bütün xalqım adından sizə bir daha minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, R.T.Ərdoğan Rusiyada səfərdədir. O, Putinlə təkbətək və ikitərəfli görüş keçirəcək.trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar