Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyada azərbaycanlı miqrantların qiyamı...

Tarix: 27-08-2019 18:44     Baxış: 3141 A- / A+
Almaniyada azərbaycanlı miqrantların qiyamı...

Bavariyanın Ayxştett şəhərində deportasiya olunmaq üçün saxlanıldıqları təcridxanada qiyam törətməkdə təqsrləndirilən azərbaycanlı və tacik miqrantların cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə alman mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən il dekabrın 25-də təcridxanaya xüsusi təyinatlılar və yanğınsöndürənlər çağırılıb. Azərbaycanlı miqrant döşəkləri yandırıb, stulun ayağıyla videokameranı sındırıb. Yaranmış vəziyyətdən istifadə edənlər hasarı aşaraq qaçmağa cəhd göstəriblər.

Xüsusi təyinatlılar təcridxanaya gələrək vəziyyəti nizama salıblar. Hadisəni törətməkdə təqsirləndirilən 24 yaşlı azərbaycanlı və 35 yaşlı tacik həbs olunublar. Yanğın nəticəsində zərərçəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib.
Almaniyada azərbaycanlı miqrantların qiyamı...

Avqustun 23-də qiyamın təşkilində ittiham edilən hər iki şəxs hakim önünə çıxarılıb.

"Mən bu barədə dustaq yoldaşlarıma danışmışam, amma heç kimi qiyama təhrik etməmişəm. Bu həbsxanada mənə çox pis idi. Artıq altı həftə idi ki, buradaydım. Vəkillə təmin edilmirdim, həkim çağırmırdılar. Özümü qəfəsə salınmış heyvan kimi hiss edirdim”,- azərbaycanlı miqrant deyib.

Alman nəşrinin yazdığına görə, azərbaycanlı gənc hər şeyi etiraf etsə də, tacik ittihamlarla razılaşmayıb. O, məhkəmədə dustaq yoldaşının niyyətindən xəbərdar olduğunu təsdiq etsə də, qaçmaq fikri olmadığını deyib.

Təqsirləndirilənlərin hər ikisi tez bir zamanda Almaniyanı tərk etmək istədiklərini söyləyiblər.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar