Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qırğız hüquqşünas: "Ermənistan Cenevrə konvensiyasını kobud şəkildə pozub"

Tarix: 26-08-2019 17:28     Baxış: 3144 A- / A+
Qırğız hüquqşünas: "Ermənistan Cenevrə konvensiyasını kobud şəkildə pozub"

ADA Universitetində qırğızıstanlı hüquqşünas və hüquq elmləri namizədi, Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının üzvü Kayrat Osmonəliyevin Dağlıq Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektlərinə həsr olunmuş elmi işinin təqdimatı baş tutub.

Manevr.az-ın xəbərinə görə, K. Osmonaliyev bildirib ki, separatizm mövzusu indiki dövrdə çox aktualdır. Onun sözlərinə görə, hazırda Ermənistan bu münaqişəni yaradan tərəf olmasına baxmayaraq, özü belə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır, çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Hüquqşünas deyib ki, Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş tərəf Azərbaycan Respublikasıdır. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Cenevrə konvensiyası pozulub: "Cenevrə konvensiyasına əsasən, müharibə zamanı işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılmamalıdır, orada yaşayan insanların mülkləri dağıdılmamalıdır. Lakin Ermənistan tərəfi Cenevrə konvensiyasını kobud şəkildə pozub. Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarından çox ziyan vurulub".

O deyib ki, ATƏT-in Minsk Qrupunun 25 ildir fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin həllində irəliləyişlərə nail olunmayıb: "Görürük ki, həmsədrlər Madrid prinsiplərindən bir az kənarlaşıblar. Zaman isə Azərbaycanın əleyhinə işləyir".

Onun sözlərinə görə, status-kvo Ermənistan tərəfini qane edir və zaman onların lehinə işləyir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Kayrat Osmonəliyevə elmi işini başa çatdırması ilə bağlı sertifikat təqdim edib.

Tədbirdə Qırğızıstan, Türkmənistan səfirliklərinin, Azərbaycan XİN-nin nümayəndələri, KİV iştirak ediblər.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar