Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ramzan Kadırov və dağıstanlılar arasında Şeyx Şamilə görə mübahisə

Tarix: 25-08-2019 22:53     Baxış: 4252 A- / A+
Ramzan Kadırov və dağıstanlılar arasında Şeyx Şamilə görə mübahisə

Çeçenistanın rəhbəri Ramzan Kadırov XIX əsrdə Qafqazdakı dağ xalqlarının lideri olmuş Şeyx Şamili əvvəl Rusiyaya qarşı vuruşub, sonra ruslar tərəfə keçməkdə ittiham edib. Dağıstanlılar bu sözlərə etiraz aksiyası və sərt tənqidlərlə cavab veriblər.

BBC Rusca xidməti Kadırovla görüşmüş ictimai fəalla söhbət edib. O Kadırovla Şeyx Şamilin tarixdəki rolu və Qafqazın dağ xalqları arasındakı münasibətlər haqqında danışıb.

Dağıstanlılarla Kadırov arasında mübahisə avqustun 7-də başlayıb. Həmin gün Çeçenistan rəhbəri yerli informasiya agentliyinə hərbi birləşmələrin Dağıstana 20 il əvvəlki hücumuyla bağlı müsahibə verib.

Müsahibənin sonunda Kadırov Dağıstanın Gimrı kəndindən olan, XIX əsrdə 25 il Rusiyaya qarşı müharibə aparmış Şeyx Şamil haqqında danışıb. Kadırov deyib ki, həmin müharibənin 19 ilini Şeyx Şamil Çeçenistan ərazisində vuruşub və çeçenlərin yarısının məhvinə səbəb olub.

“Çeçen xalqını böyük fəlakətə düçar edən adam zadəgan titulu müqabilində Rusiyaya sədaqət andı içib. Bu, Çeçenistana və çeçen xalqına qarşı terror deyilsə, nədir? Şüurlu şəkildə edilib, ya yox? Yoxsa ikili standartlar hələ XIX əsrdə yaranmışdı?” – Çeçenistanın rəhbəri müsahibəsində bu sualları səsləndirib.

Onun sözlərinə jurnalistlər, ictimai xadimlər və din adamları reaksiya veriblər. Növbəti gün Mahaçqalada 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib. Qarışıq döyüş ustası Həbib Nurmaqomedov “İnstaqram”dakı hesabında Şeyx Şamilə bənzəmədiyi üçün utandığını yazıb.

İctimai xadim və teleaparıcı Maksim Şevçenko videoçıxışında Kadırovu tənqid edib, deyib ki, Şeyx Şamil haqqında o cür danışandan sonra “Ramzan geri durub”. İkinci videosunda Şevçenko Çeçenistan parlamentinin spikeri Maqomed Daudovun ona zəng vurduğunu və bunları dediyini qeyd edib: “O sərt sözlər, əlbəttə ki, hər bir qafqazlıya, hər bir kişiyə ağır gələn sözlərdir və mən, əlbəttə ki, onları geri götürməyə hazıram”.

“Mənə nömrəni yaz”

Az sonra Ramzan Kadırov özünün “İnstaqram” səhifəsində canlı efirə çıxıb, onu tənqid edənləri şeytan adlandırıb, deyib ki, belələrini ancaq güllə susdura bilər: “Bilirsiniz hara cəhənnəmə olun? Uzağa. Yer və vaxt təyin edin, görək, kim kimdir”.

Çeçenistanın rəhbəri deyib ki, şərh yazanlara “Mənə nömrəni yaz” deyə cavab yazan kimi onlar səhifələrini bağlayırlar: “Bir neçəsini gətizdirdim, diz üstə çöküb dedilər ki, Ramzan, sən bizim qəhrəmanımızsan, sənin kimisi bütün Qafqazada yoxdur”. Həmin efirdə Kadırov Şeyx Şamilin Çeçesitana fayda vermədiyini bir daha təkrarlayıb.

“Siz Dağıstana hücum edən Şamil Basayevi terrorist adlandırırsınızsa, biz respublikamıza soxulub 19 il vuruşan birini necə adlandırmalıyıq?” deyən Kadırov dağıstanlılara təklif edib ki, gəlib etiraz aksiyasını Çeçenistanda keçirsinlər. Onun çağırışına Rusiyanın Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov reaksiya verib. O deyib ki, Qroznıya getməyə hazırdır.

Elə sabahısı gün Çeçenistana yol düşən Qurbanov regionun lideriylə görüşüb, sonra da onunla müsahibəsini özünün “YouTube” kanalında yerləşdirib. Kadırov Qurbanova deyib ki, sözlərindən imtina etmir; onları dağıstanlılara yox, onu, onun atasını və çeçen xalqını təhqir edən “düymə qəhrəmanlarına” ünvanlayır.

BBC-yə müsahibəsində Qurbanov deyib ki, suallar əvvəldən razılaşdırılmayıb, müsahibə birdən başlayıb və dörd saat yarım davam edib. O, Kadırovla görüşə getməsinin səbəbini korrupsiya ittihamlı həbslərdən sonra Dağıstan rəbərliyinin darmadağın olmasıyla izah edib:

“Şeyx Şamillə bağlı Dağıstanın mövqeyini bəyan edəcək adam qalmayıb. Bizim hakimiyyətdə milli qəhrəmanlarımızla fəxr edərək böyüyən milli elitamız təmsil olunmayıb. Hamısı gəlmədir – Vasilyev, Zudnov, İvanov. Onlar Şeyx Şamilin təhqir olunmasına cavab verə, buna görə hesab soruşa, bunu müzakirə edə bilməzlər”.

Qəhrəman, yoxsa satqın?

Ruslan Qurbanov Çeçenistan rəhbəriylə söhbətin gərgin keçdiyini deyir. O, Kadırovun niyə məhz indi Şeyx Şamil haqqında danışmaq qərarına gəldiyini izah edir: “Kadırov deyir ki, Dağıstana Çeçenistan tərəfdən girən silahlıların məğlub ediləməsini hər il orda bayram kimi qeyd edirlər və hər il də onlara çeçen terrorçuları deyirlər, bu isə onu qəzəbləndirir”.

Qurbanovla söhbətində Ramzan Kadırov 1999-cu ilin avqust hadisələrini belə təsvir edib: əvvəlcə Dağıstana yerli silahlılar basqın ediblər, sonra onlar Şamil Basayevdən yardım istəyiblər. Federal qüvvələr silahlıları Çeçenistana qovub və hərbi əməliyyatların aktiv fazası artıq orda davam edib.

“Kadırov deyir ki, silahlılar Dağıstanda tamamilə məhv edilmişdilərsə, onlar Çeçenistanda kimlərlə vuruşublar?” – Qurbanovun sözlərinə görə, Çeçenistan rəhbəri “İkinci Çeçen Müharibəsi”nə (1999) səbəb olmuş hadisələrlə bağlı təsbitlərin dəqiq olması məsələsini qabardır.

Qurbanov həmçinin qeyd edir ki, Kadırov çar hakimiyyətinin fəxri əsirlik şərtlərini qəbul edən Şeyx Şamilin qəhrəman hesab olunması, amma onun və atasının sosial şəbəkələrdə satqın adlandırılması arasındakı fərqə diqqət çəkir.

Əhməd Kadırovla Şeyx Şamili çeçen bloqçu Tumso Abdurəhmanov müqayisə edib. Abdurəhmanov deyir ki, Ramzanın sözləri onu təəccübləndirir, axı onun atası da təxminən eyni şeyi edib: “Niyə təxminən deyirəm? Çünki təslim olan Şeyx Şamildən fərqli olaraq sənin atan könüllü olaraq Rusiya tərəfə keçib”. O, Əhməd Kadırovun xristianları “it” adlandırdığı və dağıstanlıları, o cümlədən, bütün Rusiya əhalisini doğruları deməyə səslədiyi videomateriallardan istifadə edir.

Ruslan Qurbanovun Ramzan Kadırovla müsahibəsinin tam mətni internetdə avqustun 18-də dərc olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar