Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

Tarix: 25-08-2019 18:52     Baxış: 3140 A- / A+
Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 dəfə orta məktəblərdə mühazirələrlə çıxış etmələri ilə bağlı qaydalar hazırlaması barədə tapşırıq verib.

Manevr.az bildirir ki, məqsəd cəmiyyətdə orta məktəbin nüfuzunu artırmaqdır...

Məktəb təhsili ilə bağlı keçirilən yığıncaqda bu mövzunu şərh edən Prezident bildirib ki, "məktəb bizim gələcəyimiz məsələsidir. Bu, bütün cəmiyyətin işi və vəzifəsi olmalıdır".

“Təbii sual yaranır. Rayon və şəhər rəhbərləri ayda neçə dəfə məktəblərə gedib uşaqlarla görüşürlər? Yaxud ölkədə aparılan islahatlar barədə uşaqlara neçə dəfə danışıblar? Təəssüf ki, bu zalda oturan və digər vəzifəli şəxslər bu barədə heç düşünməyiblər də. Bəziləri tədris ilinin əvvəlində keçirilən hansısa tədbirlərlə kifayətlənirlər”,-deyə kun.uz Prezidentin sözlərini sitat gətirib.

Dövlət başçısı rayon-şəhər rəhbərləri və nazirlərlə yanaşı, uğurlu sahibkarların və maliyyəçilərin də məktəblərdə dərslər keçmələrinin lazım olduğunu söyləyib.
Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

Amma bu qaydanın nə vaxtdan tətbiq olunacağı barədə məlumat verilməyib.

Müşavirədə həmçinin qeyd edilib ki, "keçid dövrünün mürəkkəb illərində müəllim peşəsinin şöhrəti və nüfuzu azalıb". Prezident Mirziyoyev mövcud vəziyyət üçün hakimiyyətin məsuliyyət daşıdığını etiraf edib və bildirib ki, "müəllimləri pambıq yığmağa və küçələri təmizləməyə cəlb edərək, biz onların reputasiyasını korladıq, məktəb təhsilinin bir çox inkişaf proqramları lazımi səviyyədə yerinə yetirilmədi".virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar