Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI - Şok faktlar

Tarix: 23-08-2019 22:05     Baxış: 4188 A- / A+
Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI - Şok faktlar


Dünya musiqisinin əfsanəsi Maykl Ceksonun ölümündən 10 il keçsə də haqqında müzakirələr səngimir.

Manevr.az bildirir ki, bir ay öncə pop-kral haqda yayımlanan sənədli filmdə cəsədi üzərində aparılan ekspertizanın cavabları da ilk dəfə yer alıb. Filmdə Ceksonun əslində keçəl olduğu, bədənindəki gizli döymələr və əməliyyat izləri haqda şok faktlar səslənib.

50 yaşlı musiqi əfsanəsi 2009-cu ildə yüksək dozada keyidici həb içib ürək tutmasından dünyasını dəyişmişdi. Dərmanları Ceksona həkimi Konrad Murey tövsiyə etmişdi. Cekson öləndən sonra həbs olunan həkim 4 ildən sonra azadlığa buraxılmışdı.

Bir müddət öncə isə 3 xəfiyyənin kral haqda araşdırması bütün qaranlıq məqamları işıq üzünə çıxarıb.

Məlum olub ki, müğənni son illər parikdə gəzib. Hətta başında bir neçə döymə etdirdiyi də nəzərdən qaçmayıb. Onlar Mayklın 1984-cü ildə çəkildiyi Pepsi reklamında başından yanıq zədəsi aldığını da bildiriblər.

Həmçinin tibbi ekspertiza zamanı üzə çıxan yeni faktlar onun bilinməyən xəstəliklərindən də xəbər verib. Xroniki yuxusuzluqdan müalicə olunduğu, ağır iynələr vurdurduğu da bəlli olub. Bundan başqa onun bütün bədənində estetik əməliyyatdan qalma tikiş izləri də olub.

Pop-kralın dodaq ətrafındakı çəhrayı çərçivə döyməsi də estetik xarakter daşıyıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar