Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tümendə qədim hunların məzarlığı tapıldı

Tarix: 15-08-2019 11:03     Baxış: 3163 A- / A+
Tümendə qədim hunların məzarlığı tapıldı


Tümen dövlət universitetinin bir qrup arxeoloqu arxeoloji qazıntılar zamanı hun türklərinə məxsus qədim qəbiristanlıq aşkar ediblər.

Manevr.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

“Tarix elmləri doktoru, professor Natalya Petrovna Matveyevanın rəhbərliyi altında arxeoloqlardan ibarət qrup Ustyuq rayonu, Staro Lıbayevo kəndindəki qazıntılar zamanı hun türklərinin qədim qəbirstanlığını kəşf edib. Qazıntılar zamanı uzunsov kəllə sümüyü olan skelet qalıqları tapılıb”, – deyə, məlumatda bildirilir.

Alimlərin məlumatına əsasən, uzunsov başı olan şəxslər əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar.

Universitetdən bildiriblər ki, əldə edilən materiallar qədimdə köçəri hunların niyə ilk olaraq Avropada yox, Sibirdə məskunlaşması barədə suala cavab tapacaq.

Qeyd edilir ki, ekspedisiya 6 həftə davam edib və onun gedişində 40 nəfər tələbə iştirak edib. \oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar