Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanın "Rustavi2" kanalı satışa çıxarılıb - SƏBƏB

Tarix: 12-08-2019 18:20     Baxış: 3169 A- / A+
Gürcüstanın "Rustavi2" kanalı satışa çıxarılıb - SƏBƏB

Gürcüstanın müxalif kanalı "Rustavi2"nin yeni sahibi, biznesmen Kibar Xalvaşi telekanalı satışa çıxaracaq.

Manevr.az xəbər verir ki, biznesmen bildirib ki, satışa səbəb kanalın maliyyə böhranı ilə üzləşməsidir.

“Mən bu nəticəyə gəlmişəm ki, telekanalın əvvəlki icraçı direktoru onu yalnız siyasi təsir aləti kimi görüb və yaxşı niyyətlə idarə etməyib. Məhkəmə çəkişmələri başlayandan sonra əvvəlki rəhbərlik şirkətin imicini zədələmək üçün bütün vasitələrdən istifadə edib. İndi bütün məsuliyyətimlə deyə bilərəm ki, telekanalın durumu faciəvidir və kredit borcu 70 mln. lariyə yaxınlaşır. Bunun 27 mln. dollarını isə dövlət büdcəsindən borc götürüb. Təəssüf ki, mənim maliyyə qabiliyyətim telekanalı dərin böhrandan çıxarmağa qadir deyil. Ona görə də ictimaiyyət qarşısında açıq deyə bilərəm ki, "Rustavi2"nin alışı ilə maraqlanan tərəflərlə danışıqlara hazıram", - deyə K. Xalvaşi bildirib.

K. Xalvaşi telekanalı sabiq prezident Mixeil Saakaşviliyə satmayacağını bəyan edib. O bildirib ki, satış şəffaf və azad rəqabət şəraitində keçiriləcək.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar