Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - ŞƏKİL

Tarix: 11-08-2019 13:54     Baxış: 3234 A- / A+
Putinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - ŞƏKİL

“Rusiyanın erməni mənşəli jurnalisti, “Russia Today” televiziyasının rəhbəri Marqarita Simonyan prezident Vladimir Putinin ən sevimli jurnalistlərindən sayılır. Belə olmasaydı Kreml sahibi Krasnodar vilayətinin sıradan bir erməni jurnalistini Rusiya hakimiyyətinin xarici ölkələrdə əsas media ruporu sayılan “Russia Today” televiziyasının başına gətirməzdi. Marqarita Simonyan həm Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandan, həm də Putindən medal alıb. Onun Dağlıq Qarabağ separatçılarına rəğbəti də bəllidir. Ancaq Marqarita Simonyan bu dəfə bütün hədləri aşıb”.

Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "facebook" səhifəsində bəyan edib.

Onun sözlərinə görə, Marqarita Simonyan İnstagram səhifəsində 106 yaşlı əli avtomatlı qarabağlı nənəsinin şəklinin altına bu sözləru yazıb: “Nənəm 106 yaşında Qarabağda müharibə zamanı evini avtomatla qoruyurdu. Mən də yaşlaşanda belə görünəcəm”.

“Başqa sözlə Simonyan demək istəyir ki, qocalanda əli silahlı Qarabağda qohum-əqrəbasına belə dəstək verəcək.

Marqarita Simonyan sıradan bir jurnalist olsaydı buna fikir verməmək də olardı. Ancaq o dediyim kimi, Kremlin həm əsas ideoloji ruporuna başçılıq edir, həm də Putinə ən yaxın jurnalistlərdən sayılır. Demək, Kremlə elə Qarabağ separatizmini dəstəkləyən jurnalist lazımdır. Bu yanaşmanın özü “Rusiya Azərbaycanın torpaq bütövlüyünə hörmətlə yanaşır” nağılını bir daha çılpaqlığı ilə üzə çıxarır”,- E.Şahinoğlu bildirib.
Putinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - ŞƏKİL



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar