Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramzan Kadırovdan Şeyx Şamilə böyük hörmətsizlik

Tarix: 08-08-2019 09:33     Baxış: 4137 A- / A+
Ramzan Kadırovdan Şeyx Şamilə böyük hörmətsizlik

Çeçenistan rəhbəri Qafqazın qəhrəmanını çeçen xalqına divan tutmaqda, rus çarından zadəganlıq alıb mübarizəsini dayandırmaqda suçladı

Çeçenistan rəhbəri, daima və hər yanda özünü Rusiya prezidenti Vladimir Putinin şəxsi əsgəri adlandıran Ramzan Kadırov Qafqaz xalqlarının qəhrəmanı Şeyx Şamilə böyük hörmətsilzik edib.

R.Kadırov “Çeçnya segodnya” agentliyinə verdiyi müsahibədə imam Şamilin apardığı savaşların Qafqaz xalqlarının sayını azaltdığını deyib.

Şeyx Şamilin çeçen xalqının həyatındakı rolu barədə verilən suala cavab olaraq Ramzan Kadırov onun ucbatından qadın, uşaq və qocaların soyuqdan donduğunu və aclıqdan öldüyünü bildirib. Çeçen lider Dağıstan imamının daha sonra Rusiyaya təslim olduğunu xatırladıb.

R.Kadırov Şeyx Şamilin mübarizəsinin çeçenlərin faciəsinə səbəb olduğunu, özünün isə zadəganlıq titulu qarşılığında Rusiyaya sədaqət andı içdiyini iddia edib. Kadırov bununla Şeyx Şamilin ad uğruna mübarizəsini satdığını deməyə gətirib.

“Bu adam yaşayış məntəqələrini yandırıb, ağsaqqalları Qurana and içməyə məcbur edərək onların tayfalarını Rusiyaya qarşı qaldırıb”,-deyə çeçen siyasətçi qeyd edib.

Qeyd etmək lazımdır ki, Şeyx Şamil Dağıstana 1834-1859-cu illərdə imamlıq edib. 1840-cı ildə o, Qərbi Dağıstan və Çeçenistan dağlılarını birləşdirməyə çalışıb. Həmin ildən etibarən imam Şamil Rusiyaya qarşı savaşıb və 1859-cu ildə çar ordusunun onu Dağıstandakı Qunib aulunda əsir almasına qədər mübarizəsini davam etdirib.

1859-cu ildə çar II Aleksandr Şeyx Şamili onun şəxsi istəyi ilə Məkkəyə həcc ziyarətinə getməsi üçün azad edib.

Qafqazın imamı Səudiyyə Ərəbistanının Mədinə şəhərində vəfat edib və İslam dünyasının müqəddəs şəxsiyyətlərinin dəfn olunduğu Əl-Bəqi qəbiristanlığında torpağa tapşırılıb.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar