Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Körpənin qızlıq pərdəsini pozan tibb bacısı məhkəmə qarşısında – 1 milyon təzminat davası

Tarix: 31-07-2019 17:59     Baxış: 3174 A- / A+
Körpənin qızlıq pərdəsini pozan tibb bacısı məhkəmə qarşısında – 1 milyon təzminat davası


Bu səhvə görə vətəndaşın tələbi ilə Perinatal mərkəzdən 1 milyon rubl təzminat alınması da nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, Çitanın mərkəzi məhkəməsi iş üzrə prosesə başlayıb. Belə ki, Perinatal mərkəzdə yeni doğulmuş qız uşağının vaginal qanaxması baş verdiyindən, növbədə olan tibb bacısı körpənin qızlıq pərdəsini tibbi pinsetlə zədələməklə, dərinə sintetik salfet qoyub. Həkimlərin müdaxiləsindən sonra qanaxma dayansa da, tibb bacısı salfeti çıxarmağı unudub. Üstəlik həkimə və uşağın anasına gecə belə bir tibbi yardım etdiyini deməyib.

Valideynlər uşaq xəstəxanadan çıxdıqdan 12 gün sonra bundan xəbər tutub.
Yenidən xəstəxanaya qoyulan körpənin uşaqlıq yolundan salfet çıxarılıb, iltihab əleyhinə müalicə aparılıb, zədələnmiş qızlıq pərdəsinin bərpası üçün estetik əməliyyat tövsiyyə edilib.

Valideynlər tibb bacısının işdən qovulub, tibbi fəaliyyətinə məhdudiyyət cəzası ilə razılaşmayaraq, mərkəzdən uşağn sağlamlığına zərər vurduğu üçün 1 milyon rubl maddi təzminat tələb edir.

Qeyd edək ki, ilkin araşdırmada tibb bacısının yanlış ifadəsi və mərkəzin səhvi ört-basdır etməyə cəhdi nəticəsində prokurorluq uşağa seksual təsirlə bağlı şübhələrə düşmüş və uşağın atası, yaxınları, ailə üzvlərini şübhə altına alaraq sorğu-sual ediblər. Buna görə ailədə ər-arvad arasında münasibətlər kəskinləşmiş, qadın ərindən şübhələnərək dərin stress keçirmişdi. Buna görə ailə mənəvi zərərə görə də təzminatı bu məbləğdə tələb edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar