Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

KİV: Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

Tarix: 29-07-2019 20:46     Baxış: 3150 A- / A+
KİV: Türkiyə gənc uyğur ananı və iki övladını Çinə təhvil verib

Ankara Çin hakimiyyətinin zülmündən qaçaraq Türkiyəyə sığınan 30 yaşlı ananı 2 uşağı ilə birlikdə Pekinə təhvil verib.

Manevr.az report-a istinadla xəbər verir ki, bu barədə Türkiyədə yaşayan Şərqi Türkistan Milli Məclisinin sədri Seyid Tümtürk məlumat verib.

Bildirilib ki, Zinnetgül Tursun adlı uyğur iki uşağı ilə birlikdə Türkiyədən Tacikistana deportasiya olunub, oradan isə Çinə verilib.

S.Tümtürk daha sonra əlavə edib ki, Zinnetgül Tursunun anası və bacısı bu xəbəri Türkiyədə eşidib: "Hazırda o, Çində həbsxanadadır. İki yetim uşağı da onunladır".

Z.Tursunun Səudiyyə Ərəbistandakı qardaşı bacısının Türkiyədən deportasiya olunaraq Çinə təhvil verildiyini təsdiqləyib.

Türkiyənin İzmir şəhərindəki Deportasiya Mərkəzindən bildirilib ki, həmin gün Kuvanhan Aşmuzi və Ayinia Tuersun adlı daha iki qadın da Tacikistana deportasiya olunub. Onların da Çinə göndəriləcəyi ehtimal olunur.

Xatırladaq ki, Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar