Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Kölgə insanları" - cinlər, yoxsa yadplanetlilər? - Şahidlər DANIŞIR

Tarix: 28-07-2019 13:53     Baxış: 3137 A- / A+
"Kölgə insanları" - cinlər, yoxsa yadplanetlilər? - Şahidlər DANIŞIR
2011-ci ilin yayında Kaliforniya ştatının sakini Den Cey paranormal tədqiqatçıların "kölgə insanları" kimi tanıdığı iki pis varlıqla qarşılaşıb.
Bəs onlar həqiqətən kimlərdir?

Manevr.az ölkə.az-a istinadən bildirir ki, "Shadow People Archives" saytı bu sirli varlıqları belə təsvir edir:
Bəzən onlar bir insanın siluetinə bənzəyirlər, çox vaxt kişi kölgələrinə oxşayırlar. Bu siluetlər qalın və ya nazik (tüstü kimi şəffaf), şapkada, bəzən də maskada ola bilərlər.
Bəzilərinin kölgəsi yarımçıq olur, digərləri açıq şəkildə ayaqlarının üzərində durur.
Bu varlıqların dünyaya gəlmə səbəbləri məlum deyil. Onlar birdən divardan asanlıqla nüfuz edə bilirlər. Dolablarda gizlənirlər, kolların və binaların yanında peyda olurlar. Bəzən isə birdən-birə gecənin qaranlığına qərq olub, yoxa çıxırlar.
Onların təsviri haqqında dəqiq məlumat olmasa da, "qaranlıq varlıqlar" olduqları məlumdur.
2013-cü ilin iyul ayında "Psixologiya bu gün" jurnalına müsahibə verən paranormal hadisələr üzrə mütəxəssis Rosmari Elen Qaile deyib:
"Mən düşünürəm ki, "kölgə insanlar" insanları oğurlamaq üçün yerə göndərilən yadplanetlilərdir. Ancaq bu məxluqları uzun müddət araşdırdıqda, onların cinlər olduğu qənaətinə gəldim".
əlin, Den Ceyin hadisəsinə bir də baxaq. O, nə paranormal hadisələr üzrə mütəxəssis, nə də inanclı insan idi. O, adi motobayker idi. Don Ceyi fövqəltəbii hadisələrlə qorxutmaq asan deyildi.
Lakin Rainer dağındakı çadırda "kölgə insanlar"la yaşadığı hadisədən sonra güclü kişi əsəb sarsıntısı keçirmiş köməksiz birinə çevrilmişdi.
Təbiət aşiqi olan Den Cey 4 günü Rainer dağında keçirir. Ancaq bir gecə, təxminən gecə saat 3-də kiminsə ona baxdığını hiss edərək yuxudan ayılır. O, hərəkət edə bilmirdi, sanki bədəni keyimişdi. Birdən çadırın küncündə nəyinsə hərəkət etdiyini görür. Den başını qaldırıb ora baxanda, humanoidə oxşayan 2 məxluq görür.
Fiziki cəhətdən çox güclü olan Den hərəkət etmək istəsə də, yerindən heç cür tərpənə bilmir. Onun ürəyi bulanır, başı hərlənir və bədənini soyuq tər basır.
Bütün bu müddət ərzində "kölgə insanları"nın əlləri onun sinəsinin üzərində olub. Onlar əllərini Denin sinəsindən götürdükdən sonra o, normal həyata dönə bilir. Bundan dərhal sonra bu qorxunc varlıqlar çadırı tərk edirlər. Den dərhal təlaşla oranı tərk edir.
Təəssüf ki, Den üçün bu, yalnız başlanğıc idi, "kölgə insanları"n onu rahat buraxmaq fikrində deyildi. Üç gecə sonra, kişi təkrarən bu hadisəni yaşayır. Ancaq bu dəfə bu qorxunc varlıqlar Denin evində onu ziyarətə gəlirlər.
Bundan sonra "Kölgə İnsanları" onun yanına 2 dəfə də geri dönürlər. Denin dediyinə görə, bu varlıqlar ən çox "ləzzətli" qurban axtarırlar. Onlar enerji vampirlərinə çox bənzəyirlər. Sanki insanlarda enerji çəkmək üçün yer kürəsinə gəlirlər. Enerji donorunun harada olduğunu və hara getdiyini yaxşı bilirlər, onlardan gizlətmək isə qeyri mümkündür.
Den inanır ki, əgər bu məxluqlar istəsələr, insanları bir dəfəlik özləri ilə apara bilərlər. Onun fikrincə, insanların itkin düşmə səbəbləri məhz bu sirli məxluqlardır.
Araşdırmalar davam etsə də, onların buradakı missiyası barədə dəqiq məlumat yoxdur.
Ancaq bildiyimiz kimi, cinlər heç vaxt insana yaxşı münasibət göstərməyiblər və onları hər zaman öz məqsədləri üçün istifadə ediblər. Lazımsız olduqda isə adətən onları məhv ediblər.
Araşdırma sona qədər aydın olmasa da, bu gizli, sirli məxluqların varlığına heç bir şübhə yoxdur.
Hələ ki, bu məxluqlar bizə sirr olaraq qalır. Elm adamlarını isə bir sual düşündürür?
Onlar cinlərdir, yoxsa yadplanetlilər?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar