Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi

Tarix: 27-07-2019 08:59     Baxış: 3164 A- / A+
Tramp arzusuna çatdı – Ali məhkəmə qərar verdi

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar alacaq.

CNN bildirir ki, bu barədə ABŞ Ali məhkəməsinin qərarında deyilir.

Ali məhkəmə büdcə pullarının bu yolla xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib. Vəsait Pentaqonun fondundan alınacaq.

Xatırladaq ki, cari ilin may ayında Kaliforniya ştatının federal məhkəməsi ABŞ və Meksika sərhədində divarın tikilməsi üçün Pentaqon tərəfindən vəsait ayrılmağına qarşı çıxıb.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. O, 2016-cı ildə divarın tikintisinə başlamaq istədiyini bildirsə də, konqress tərəfində dəstək ala bilməmişdi.

2019-cu ildə Tramp divarın tikintisini maliyyələşdirmək üçün fövqəladə hal elan edərək, Pentaqonun büdcəsindən vəsait ayrılmağına nail olmaq istədi. Lakin onun bu qərarı məhkəmələr tərəfindən blok edildi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar