Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qatil türk diplomatı necə öldürdüyünü açıqladı - Video

Tarix: 27-07-2019 08:51     Baxış: 3178 A- / A+
Qatil türk diplomatı necə öldürdüyünü açıqladı - Video

İraqın Ərbil şəhərində türkiyəli diplomatı qətlə yetirən əsas günahkarlardan biri Məzlum Dağ PKK ilə necə əlaqə saxladığı və hücumu hansı şəkildə həyata keçirdiyi barədə ətraflı danışıb.

Manevr.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin xüsusi xidmət orqanlarının yaydığı görüntülərə əsasən, M.Dağ Qəndildə 26 gün hərbi təlim keçdiyini etiraf edib.

Ərbilə 2015-ci ildə gəldiyini deyən Dağ PKK ilə qardaşı İbrahim Dağ vasitəsilə əlaqə qurduğunu bildirib:

"İbrahim ötən ilin fevral ayında Qəndilə gedəcəyini söylədi. Mən də qoşulmaq istədiyimi qardaşıma dedim. Aprel ayında mənə PKK-dan telefon zəngi gəldi. Nömrəmi qardaşımdan aldıqlarını söylədilər. Ranya (Süleymaniyyə) rayonu üzərindən Qəndilə getdim. Fateh və Botan adından istifadə edən bir adam tərəfindən qarşılandım. Təxminən 26 gün Qəndildə onlarla birlikdə qaldım. Silahdan istifadə etməyi öyrəndim. "Kalaşnikov" və tapança ilə atışlar etdim. Bundan sonra Ərbilə geri dönüb bir klubda işləməyə başladım".

Qəndildən geri qayıtdıqdan sonra PKK vasitəsilə siirtli Məmməd və Dıjvar ləqəblərindən istifadə edən təşkilat üzvü Əbdürəhman Ərlə tanış olduğunu qeyd edən Dağ onunla bir neçə gün görüşdüyünü deyib:

"Mənə Türkiyə Baş Konsulluğunda çalışan birinin şəklini göstərdi. Sonradan bu şəxsin adının Osman Köse olduğunu öyrəndim. Məndən bu şəxsi təqib etməyimi və onun barədə məlumatlar toplamağımı istədilər. Dıjvara məlumatlar ötürdüm və o da bu barədə Qəndildəki Fatehə göndərdi. Məndən onu öldürməyimi istədilər. Bu işi təkbaşına görə bilməyəcəyimi, yanında 2 mühafizəçisi ilə birlikdə 3 nəfər olduqlarını söylədim. Daha sonra Kösenin olduğu restorana getdik, hücum zamanı sağ ayağımdan vuruldum. Hadisədən bir müddət sonra hücumu birlikdə təşkil etdiyim iki nəfərdən ayrıldım.

Ərbildə bir neçə məkan dəyişdirdikdən sonra 20 iyulda İraq Kürd Regional Rəhbərliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldım".axar.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar