Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qurban bayramı günü qurban kəsmək ancaq hacılara vacibdir

Tarix: 26-07-2019 16:38     Baxış: 3184 A- / A+
Qurban bayramı günü qurban kəsmək ancaq hacılara vacibdir


Qurban bayramı ən qədim bayramlardan biri hesab olunur. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi.

Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı avqustun 12-13-ü qeyd olunacaq.

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Qurban bayramının mahiyyəti haqqında Modern.az-a bunları söyləyib.

“Ümumiyyətlə Qurban bayramı Həcc ayinlərindən biri sayılır. Bayram günü qurban kəsmək ancaq hacılara vacib olur. Digər insanların qurban kəsməyi dini- nöqteyi nəzərdən o qədər də vacib hesab olunmur. Ancaq bəyənilən bir əməldir.Dünyanın istənilən ölkəsində müsəlmanlar Qurban bayramı günü qurban kəsirlər və kəsdikləri əti də insanlar arasında paylayırlar”.

O bildirib ki, Qurban bayramı simvolik olaraq insanın nəfsinin qurban kəsilməsini ifadə edir.

“Həzrəti İbrahimdən qalmış bir ayindir.Yəni insan səthi məhəbbətini, ilahi eşqə qurban verir”.

Hacı Şahin bildirib ki, qurban əti insanlara paylanıldığına görə bu həm də ictimai ayin hesab olunur.

“Qurban bayramının əsas məqsədi odur ki, insanlara, əsasən də kasıblara yardım edilsin. Allaha yaxınlaşmanın yolu əsasən başqa insanlara faydalı olmaqdan keçir. Bu bayramın bir fəlsəfəsidir.

Qurban kəsərkən nələrə diqqət edilməlidir?

Qurban kəsərkən əsasən, qurbanın sağlam olmasına diqqət yetirilməlidir. Qurbanı şəriət qaydalarına uyğun kəsmək lazımdır.Üzü qibləyə və Allahın adını çəkməklə kəsilməlidir. Eyni zamanda Qurban bayramı günü səhər saatlarında məscidlərdə bayram namazı da qılınmalıdır. Qurban bayramı namazının qılınması, eyni ilə Ramazan bayramında qılınan namaz kimidir. İnsanlar bir araya gəlib namaz qıldıqdan sonra , qurbanlarını kəsib paylamalıdırlar.

Hacı Şahin Həsənli Qurban ətinin yeddi yerə kəsilib paylanılması məsələsinə də aydınlıq gətirib.

“Qurban ətinin məhz yeddi yerə paylanılması kimi vacib bir şərt yoxdur. Sadəcə olaraq, insanlar yeddi nəfəri özləri şərti olaraq seçirlər ki, kimlərəsə bu ətdən pay düşsün.

Qurban kəsiləndən sonra, paylanılmadan ətin qurban kəsənin özü tərəfindən yeyilməsi qurbanlıq fəlsəfəsinə ziddir. Əsas fəlsəfə budur ki, imkan yetdiyi qədər paylanılsın. İnsan var ki, heç özünə bir parça belə saxlamır. O da buyurulmayıb ki, ancaq payla, özünə bir parça belə saxlama. Bir pay saxlaya bilər”- deyə Hacı Şahin bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar