Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Kondisioner sizi iflic edə bilər - VİDEO

Tarix: 25-07-2019 18:40     Baxış: 3132 A- / A+
Kondisioner sizi iflic edə bilər - VİDEO


Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı az deyilmiş.

Məsələ ilə bağlı Manevr.az danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, gecə yatarkən kondisioner mütləq şəkildə söndürülməlidir.

"Təsəvvür edin ki, orqanizmdə hərarət 1 dərəcə qalxanda ürək döyüntülərinin sayı 10-dək artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Ona görə də kondisionerdən ağılla, tibbi parametrlərə uyğun şəkildə istifadə olunmalıdır", - ekspert bildirib.

Professor normal iş şəraitində kondisionerin temperaturunu 20-22 dərəcədə saxlamağı və fasilə ilə işlətməyin məsləhətli olduğunu vurğulayıb:

"Kondisionerin hava vuran yerini insanın üstünə yönəltmək də düzün deyil. Soyuq vuran yelpiyi tavana tərəf yönəltmək lazımdır ki, soyuq külək nəfəs orqanı vasitəsilə birbaşa insan orqanizminə daxil olmasın. Məsləhətim odur ki, insanlar kondisionerlə bağlı saat normasına əməl etməsə də, temperatur həddini mütləq gözləsin".

Tibb eksperti kondisionerlərin təmizlənməməsi nəticəsində legionellez xəstəliyinin yarana biləcəyini bildirib:

"Kondisioner xəstəliyi" kimi də adlandırılan legionelloz xəstəliyi yay aylarında insanların əsas probleminə çevrilir. Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir".

Professor maşında istifadə edilən kondisionerin bronxit, sətəlcəm, sinuzit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb ola biləcəyini bildirib.

A.Qeybullanın sözlərinə görə, üz dərisinin kondisioner havası ilə təmas etməsi dəri iflicinə səbəb ola bilər.

[media=http://https://www.youtube.com/watch?v=bUEqejeN0FM]

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar