Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın “Keşikçidağ” fitnəsi

Tarix: 25-07-2019 09:15     Baxış: 4172 A- / A+
Ermənistanın “Keşikçidağ” fitnəsi


DSX məbədin ətrafına əlavə qüvvələr yerləşdirilməsi və ərazidə hərbi baza tikilməsi barədə iddiaları təkzib edir
Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. “AzeriDefence”nin yaydığı məlumatına görə, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.

Gürcüstanın “Rustavi 2" telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə mövqe tutan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşayiət ediblər.

Bildirilir ki, bu zaman ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastıra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.

David Katsarava isə bir gün əvvəl özünün facebook səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastırın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: “Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır... Azərbaycan tərəfində Qareci dağının (oxu: Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.

Katsarava ərazidən dron vasitəsilə çəkilmiş fotoları da paylaşıb.

Ermənistanın “Keşikçidağ” fitnəsi

DSX-nin mətbuat katibi Rövşən Cahangirov isə “Qafqazinfo”ya açıqlamasında bu xəbəri təkzib edib: “Biz belə bir məlumat yaymamışıq. Yaymamışıqsa, deməli, belə bir şey olmayıb”.


Ermənistanın “Keşikçidağ” fitnəsi


Yeri gəlmişkən, 14 iyul təxribatından sonra Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və rəsmi Bakının notası ona təqdim olunub. Lakin bu günədək notaya cavab gəlməyib. Azərbaycan tərəf maksimum təmkin nümayiş etdirməklə məsələnin həllinə maraq göstərir, eyni zamanda təxribatçıların cəzalandırılmasını vacib sayır.

Bu arada Ermənistan mediasının da Keşikçidağ mövzusuna “səxavətlə” yer ayırması diqqət çəkir. Ermənilər AMEA-nın Tarix İnstitutunun qədim alman məbədi ilə bağlı tarixi həqiqətləri yaymasına da yer verərək gürcü tərəfini qızışdırmağa çalışırlar. Üstəlik, baş verənlərin arxasında erməni barmağının olması haqda fikirləri də tirajlayırlar. Şübhə yoxdur ki, Ermənistan və onun havadarı Gürcüstan və Azərbaycan arasında toqquşmanın baş verməsini çox istəyir. Ancaq Azərbaycan XİN-in açıqladığı kimi, yaradılmış birgə komissiyanın növbəti iclası 20 avqustda keçiriləcək. İnanırıq ki, məsələ sivil qaydada həll olunacaq.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar