Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ərəb ölkəsi 2020-ci ildə Marsa kosmik missiya göndərəcək

Tarix: 25-07-2019 08:09     Baxış: 3139 A- / A+
Bu ərəb ölkəsi 2020-ci ildə Marsa kosmik missiya göndərəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kosmik Agentliyi ilə Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzin birgə bəyanatında deyilir ki, Marsa kosmik missiya buraxılmasına bir ildən az vaxt qalır.

Manevr.az xəbər verir ki, BƏƏ-nin “Hope Probe” (“Ümid”) adlı zondu 2020-ci ilin iyulunda Yaponiyanın Taneqasima Kosmik Mərkəzindən Qırmızı planetə göndəriləcək və təqribən yeddi-doqquz ay kosmosda qalacaq. Gözlənildiyinə görə, kosmik missiya Mars orbitinə 2021-ci ilin birinci rübündə çatacaq və bu da rəmzi olaraq BƏƏ-nin 50 illiyinin bayram edilməsi ilinə təsadüf edəcək.

Proqramın məqsədi Marsın meteoroloji şəraiti haqqında informasiya toplamaq və planetin atmosferini öyrənməkdir. Missiya çərçivəsində 1000 giqabaytdan çox məlumat toplamaq planlaşdırılır.

BƏƏ Kosmik Agentliyinin sədri Əhməd Əl Fələsi bildirib ki, hazırda son hazırlıq işləri aparılır. Əmirliklərə məxsus zondun buraxılması BƏƏ-nin nailiyyətləri tarixində mühüm mərhələ olacaq. Onun sözlərinə görə, bu hadisə belə bir faktı təsdiq edir ki, BƏƏ qlobal kosmik tədqiqatlar yarışına qoşulub və inkişaf etmiş ölkələr arasında bu mühüm sahədə lider mövqelərə çıxmaq əzmindədir.

Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzin sədri Həmad Əl Mənsuri əlavə edib ki, əldə olunmuş məlumatlar gələcək nəsillər üçün qiymətli bilik xəzinəsi olacaq və digər beynəlxalq kosmik missiyalar kimi, «Hope Probe» də birbaşa və ya dolayı şəkildə yeni kəşflərə yol açacaq.

Bildirilir ki, BƏƏ alimlərinin ABŞ ekspertləri ilə əməkdaşlıq şəraitində layihələndirdikləri və inşa etdikləri zond kosmosa buraxılmazdan əvvəl bir sıra sınaqlardan keçirilir. Bu proses dekabrda başa çatmalıdır. Sınaqlar uğurlu olsa, zond -148 ° C-dən 102 ° C-dək diapazonda ekstremal yüksək temperaturlara davam gətirəcək.

Qeyd edək ki, BƏƏ-nin Mars missiyası ərəb və müsəlman dünyası üçün ilk belə missiya olacaq.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar