Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır

Tarix: 21-07-2019 13:55     Baxış: 3142 A- / A+
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır

Gürcüstanda ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda rayonunun Birləşmiş Uşaq Bağçaları Birliyində büdcə vəsaitlərinin mənimsənilməsi faktları aşkar olunub.

Manevr.az report-a istinadla xəbər verir ki, 9 min lari məbləğində büdcə vəsaitlərinin 2017-2019-cu illərdə mənimsənildiyi müəyyən edilib.

Faktla bağlı birliyin direktoru Narine Ginosyan və onun mühasibi Anjelika Putulyana qarşı cinayət işi açılıb.

N.Ginosyanın vəkili Mirian Nikoladze müdafiə etdiyi şəxsə qarşı ittihamları gülünc adlandırıb. O, bu işdə Gürcüstan parlamentinin erməni əsilli deputatı Enzel Mkoyanı ittiham edib.

Onun sözlərinə görə, parlament üzvü N.Ginosyana dəfələrlə intim münasibətlər təklif edib. E.Mkoyan rədd cavabı alıb və o, N.Ginosyan üçün problemlərin olacağını bildirib.

Vəkil deputatın qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurorluq və rayon prokurorluğuna dəfələrlə müraciət edildiyini deyib.

E.Mkoyan ünvanına səsləndirilən ittihamlarla bağlı xüsusi bəyanat yayıb.

O, ittihamların ona qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu bildirib. Deputat bu kampaniyada müxalifət Vahid Milli Hərəkat Partiyasının üzvlərini günahlandırıb.

E.Mkoyan ona qarşı qarayaxma kampaniyasının dayandırılmasını tələb edib. Əks halda o, şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar