Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Quranı yandıran, müsəlmanları öldürməyə çağıran siyasətçidən növbəti təxribat - ŞƏKİL/VİDEO

Tarix: 19-07-2019 22:16     Baxış: 4181 A- / A+
Quranı yandıran, müsəlmanları öldürməyə çağıran siyasətçidən növbəti təxribat - ŞƏKİL/VİDEO

Qurani-Kərimi yandıran, irqçilikdə ittiham olunan və müsəlmanlar haqqında soyqırım təhdidləri ilə çıxış edən, bütün müsəlmanları ölkədən deportasiya etməyə çağıran danimarkalı siyasətçi, Stram Kurs (“güzəştsiz duruş” anlamına gəlir –red.) partiyasının lideri Rasmus Palu növbəti təxribata imza atıb.

Manevr.az xəbər verir ki, nillət vəkili və partiya lideri polislə müsəlmanların yaşadığı bir məhəlləyə gələn Palu video çəkiliş edərək insanları təhrik edib.

İnsanların sərt reaksiyası ilə qarşılaşan siyasətçini polis müdafiə etməyə məcbur olub.

Xatırladaq ki, mart ayında Danimarka Parlamentinin qarşısında cümə namazını əngəlləmək istəyən ifrat sağçı lider Qurani-Kərimi yandıraraq görüntüləri qeydə almışdı.

Millət vəkili 2018-ci ilin dekabr ayında isə bir videoda “düşmənimiz islam və müsəlmanlardır. Dünyada tək bir müsəlmanın belə qalmaması ən yaxşı şey olardı. Beləliklə, yekun məqsədimizə çatmış olardıq” söyləmişdi.

Bu ilin aprel ayında isə afrikalıların daha az ağıllı olduğunu iddia etməsi səbəbiylə Danimarka məhkəməsi tərəfindən irqçilikdə ittiham olunmuşdu.

Özlərini etnik danimarkalılar adlandıraraq “saf irq” olduqlarını vurğulayan siyasətçinin mövqeyi nasist ritorikasını xatırladır.publika.az

Quranı yandıran, müsəlmanları öldürməyə çağıran siyasətçidən növbəti təxribat - ŞƏKİL/VİDEO

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar