Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanı təhqir edən müğənniyə 11 ay həbs cəzası verildi

Tarix: 19-07-2019 21:02     Baxış: 3110 A- / A+
Ərdoğanı təhqir edən müğənniyə 11 ay həbs cəzası verildi

Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib.

Manevr.az istinadən xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə günahlandırılır.

Sənətçi İstanbulda səhnəyə çıxdığı məkanların birində "Boş ver dünyayı" adlı mahnının sözlərini dəyişərək "Rəcəb Təyyib Erdoğan, həpsi boş, həpsi yalan. Bir gün həyat bitecek, görəcəksin bir rüya" kimi oxuyub. Hətta bu sözləri səsləndirərkən əl hərəkəti ilə də prezidenti təhqir edib.

İstanbul 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, 5 avqust 2016-cı ildə bir şəxs polisə zəng edərək müğənni Zuhal Olcayın Kadıköydə məkanların birində çıxışı zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyi ilə bağlı məlumat verib. Bu şikayətdən sonra məlumat araşdırılaraq öz təsdiqini tapıb. Zuhal Olcay haqqında "prezidentə birbaşa təhqir" maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.

Z.Ovcay ittihamları qəbul etməyib. O, əl hərəkətini ön sırada əyləşən tamaşaçıya göstərdiyini deyib. Ümumiyyətlə, hər hansı bir yanlış hərəkətini xatırlamadağını söyləyən sənətçi, həmin gecə spirtli içki qəbul etdiyini etiraf edib.baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar