Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyada son 140 ilin ən isti iyun ayı 2019-cu ilə təsadüf edib

Tarix: 19-07-2019 19:31     Baxış: 3123 A- / A+
Dünyada son 140 ilin ən isti iyun ayı 2019-cu ilə təsadüf edib

Dünyada havaların müşahidəsi aparıldığı son 140 il ərzində ən isti iyun ayı 2019-cu ildə qeydə alınıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) ötən gün dərc olunan məruzəsində bildirilir.

Sənədə görə, XX əsrdə dünyada iyun ayında havanın orta temperaturu 15,5 dərəcə olubsa, cari ildə həmin göstərici 16,4 dərəcə təşkil edib. Belə ki, Avropa, Asiya və Afrikanın bir sıra bölgələrində, habelə Meksika körfəzi və Havay adalarında havanın temperaturu rekord həddə çatıb.

NOAA mütəxəssislərinə görə, 140 il ərzində qeydə alınan 10 ən isti iyun ayının 9-u 2010-cu ildən sonrakı dövrə təsadüf edib. Həmçinin 2019-cü ilin ən isti 5 il arasında yer alacağı də güman olunur.

Bu ilin iyun ayında Avropanın bəzi ölkələrində rekord istilərin qeyd olunduğu məruzəyə görə, dünya iqliminin istiləşməsi qarşıdakı illərdə də davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar