Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

Tarix: 18-07-2019 20:48     Baxış: 4237 A- / A+
Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

2018-ci ildə Mərkəzi Afrika Respublikasında iki digər rusiyalı jurnalistlə birlikdə qətlə yetirilmiş jurnalist Orxan Camalın keçmiş həyat yoldaşı İrina Qordiyenko bu cinayətin araşdırılmasının gedişatı ilə bağlı danışıb.

Manevr.az xəbər verir ki, material “Novaya qazeta”da dərc edilib.

Qordiyenko bildirib ki, bir il ərzində istintaqı aparan dörd müstəntiq dəyişib və onlar bir nəfər kimi qadınla görüşərkən “köməksiz şəkildə baxaraq şikayətlənirlər ki, heç nə edə bilmirlər”. Müstəntiqlərdən sonuncusu – İqor Zolotov onun vəkillərinin “Dosye” mərkəzinin apardığı müstəqil araşdırmanın materiallarının cinayət işinin materiallarına əlavə edilməsi barədə vəsatətlərini rədd edib, eyni zamanda bu araşdırmanı aparanların dindirilməsindən boyun qaçırıb.
Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

Vəsatətə jurnalistləri qətlə yetirildikləri yerə aparmış sürücü Byenvenü Duovokamanın, yerli jandarm Emanuel Kotofionun, MAR prezidentinin müşaviri Valeri Zaxarovun və onun tabeliyində çalışan Aleksandr Sotovun telefon nömrələri də əlavə olunub. “Dosye”nin məlumatlarına əsasən, son iki şəxs Rusiyanın “Vaqner özəl hərbi şirkəti” ilə sıx bağlıdırlar. Bütün adı çəkilənlər jurnalistlərin Afrikaya gəldiyi və qətlə yetirildiyi günlər ərzində öz aralarında dəfələrlə zəngləşiblər.

Bundan əlavə, Qordiyenko deyir ki, 2018-ci ilin sentyabrında onun vəkili qətlə yetirilənlərin geyimlərinin Moskvaya gətirilməsi barədə vəsatət qaldırıb, belə ki, geyim əşyaları və digər şəxsi əşyalar olmadan tam dəyərli ballistik ekspertiza aparıla bilməz. Müstəntiq Zolotov həmin vaxt bildirib ki, əşyaların Moskvaya gətirilməsi qeyri-mümkündür, çünki Rusiya və MAR arasında hüquqi yardımlaşma haqqında saziş imzalanmayıb. Halbuki, Qordiyenkonun bildirdiyinə görə, bu belə deyil – ölkələr arasında 2018-ci ildə hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb və sazişdə “hüquq-mühafizə orqanlarının cinayət və digər işlərin araşdırılmasında birbaşa əməkdaşlığı” bəndi yer alır.
Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

Həmçinin Orxan Camalın keçmiş həyat yoldaşı danışıb ki, MAR-da Rusiya səfrliyinin birinci katibi Viktor Tokmakov ona qətlin araşdırılmasında şəxsən kömək edəcəyinə dair vəd verib, lakin bunu etməyib.

Xatırladaq ki, rusiyalı jurnalistlər Orxan Camalın, Aleksandr Rastorquyevin və Kiril Radçenkonun cəsədləri iyulun 30-da Mərkəzi Afrika Respublikasında aşkar edilmişdi. Onlar “Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında film çəkmək niyyətində idilər. BMT missiyasının məsləhətçisi ilə görüşə gedərkən onların olduğu avtomobil yolda gülləbaran edilmişdi. Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalıların qətli ilə əlaqədar cinayət işinə başlamışdı.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar