Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan Rusiyaya arxa çevirir: “Qazprom”a ciddi maliyyə zərbəsi

Tarix: 18-07-2019 19:20     Baxış: 3193 A- / A+
Qazaxıstan Rusiyaya arxa çevirir: “Qazprom”a ciddi maliyyə zərbəsi

Qazaxıstanın “Arselor Mittal Temirtau” metalurgiya şirkəti “Qazpromneft”in yerli distribütoru olan “Nik Oil”lə əməkdaşlığını dayandırıb.

Məlumata görə, əməkdaşlığın dayandırılmasına səbəb Ukrayna və Avropa Birliyinin sanksiyaları olub. Şirkət “Qazpromneft”lə müqaviləsinin kompaniyanın baş direktoru, eləcə də Ukraynada “AMT Krivoy Roq”un rəhbəri olan Paramjit Kalonun reputasiyasına mənfi təsir göstərdiyini düşünür. “Qazpromneft” isə şirkəti təhdid edərək baş verənlərin anlaşılmazlıq olduğunu və tezliklə Rusiya-Qazaxıstan münasibətlərinə təsir edəcək bu situasiyanın həllinə nail olunacağını düşünür. Buna qədər Rusiya şirkəti Qazaxıstanda məhdudiyyətsiz fəaliyyət göstərib. “Ekspertlər qeyd edir ki, tarix təhlükəli presedent yaradır və Rusiya şirkətlərinin sülh içində işləyə biləcəyi az və daha az yerlər qalır”-deyə, Rusiya mediası yazır. Bildirilir ki, bu xəbər şirkətdə çaşqınlıqla qarşılanıb.

“Nik-Oyl” MMC-nin direktoru Nikolay Qarder bu qərarla əvvəlcədən xəbərdar olduqlarını deyib: “Təqribən bir ay əvvəl, iyun ayının ortasında bizi şifahi şəkildə xəbərdar etdilər ki, müqavilə sanksiyalar səbəbindən ləğv ediləcək. Biz çox təəccübləndik, aydınlıq gətirilməsini istədik və nəhayət bu məzmunda bir məktub aldıq”. Xatırladaq ki,“Qazprom-neft” 2014-cü ilin sentyabr ayında ABŞ-ın və Avropa Birliyinin sanksiyalarına məruz qalıb. Bu səbəbdən, şirkətə uzunmüddətli maliyyələşməni qadağan edən maliyyə məhdudiyyətləri qoyulub. “Qazprom-neftlə” yalnız komersiya əlaqələri olan “Nik-Oyl” Səhmdaq Cəmiyyəti şəxsi şirkətdir. O, Qazaxıstanın Karaqanda, Pavlodarsk, Ural bölgələrində “Qazprom-neft”, “G-Energy” brendləri ilə sürtkü materialları satır.

“Qazprom-neft” sürtkü materialları şirkətində mövcud vəziyyəti öyrənən hüquqşünaslar bunu anlaşılmazlıq adlandırır. Qarder mətbuata açıqlamasında bildirib ki, hazırda“Krivoy Roq” AMT-nin hərəkətləri barədə materiallar toplayır və Qazaxıstanın Milli Sahibkarlar Palatasına şikayət etməyi planlaşdırır.

“Ukraynanın və Avropa Birliyinin Rusiya əleyhinə sanksiyalarla bizim şirkətimizin nə əlaqəsi var? Biz sualı bu cür verdik, ancaq ona görə cavab belə almadıq”.

Qarder əlavə edb ki, səkkiz ildir “Nik-Oil” AMT və onun törəmə şirkətlərinə hər il, təxminən min ton yağ və soyuducu tədarük edir. AMT-də nəşr olunan mənbələr göstərir ki, “Nik-Oyl” ilə müqaviləni ləğv etmək üçün tapşırıq tərkibinə "AMT Temirtau" və Ukraynada "Arcelor Mittal - Krivoy Roq"un daxil olduğu “Arcelor Mittal MDB” səviyyəsində sazişin auditi aparıldıqdan sonra verilib. Ekspertlər hesab edir ki, sanksiya rejimi Rusiya və Qazaxıstan arasındakı siyasi münasibətlərə təsir göstərməsə də, “Qazprom” üçün ciddi problemlər yarada bilər. Ancaq bu dilemmanın çox sayda Qazaxıstan təşkilatlarında təkrar olunacağı gözlənilmir. Çünki Ukrayna ilə enerji sektorunda əməkdaşlıq Rusiya ilə olduğu qədər inkişaf etməyib. 2017-ci illə müqayisədə Qazaxıstanla Rusiya arasında ticarət dövriyyəsi 7,2 faiz artaraq 17, 6 milyard dolara çatıb. Qazaxıstanın Rusiyaya ixrac etdiyi məhsulların həcmi 11,3 faiz artaraq 5,2 milyard dollar təşkil edib.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar