Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tehranda qadınlar hicabsız dolaşır - İnanılmaz

Tarix: 16-07-2019 07:50     Baxış: 3124 A- / A+
Tehranda qadınlar hicabsız dolaşır - İnanılmaz
“Assoşeyted Press”in müxbiri son 9 gün ərzində İranın paytaxtı Tehranda onlarla qadının otel lobbiləri, park və ticarət mərkəzlərində hicabsız dolaşdığını yazıb.

Bu hərəkət gənc qadınların geyim kodlarına itaətsizliyini nümayiş etdirir. Lakin onlar 1979-cu il İran İslam İnqilabından sonra təsis edilən əxlaq polisinin hədəfinə çevrilmə riski altındadır.

Təzyiqlərdən qorxduğu üçün adını açıqlamayan 30 yaşlı bir qadın sosial mediada bunun çox riskli və təhlükəli olduğundan bəhs edib. Lakin o, eyni zamanda daha çox qadının bu hərəkata qoşulmasının rəsmilərin reaksiyasını çətinləşdirdiyini bildirib.

Adı açıqlanmayan qadın həmcinslərinin təqib olunmalarına baxmayaraq, onların yaxalanmayacağına ümidini ifadə edib.

Hicab debatları İranın ABŞ sanksiyaları altında ağır iqtisadi duruma düşdüyü bir vaxt aparılır. Hökumətin hicabsızlıq hərəkatına ölkə valyutasının dəyər itirdiyi və evlərin bahalaşdığı bir şəriatdə nə kimi münasibət göstərə biləcəyi bəlli deyil.

Hicab qalmaqalı 2017-ci ildə “İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahidin baş örtüyünü çıxarıb, onu havada yelləməsindən sonra baş qaldırıb.

Movahidin bu hərəkəti İranda digər qadınlar tərəfindən dəstəklənmiş və onlar ictimaiyyət qarşısında məcburi baş örtüyünü çıxararaq itaətsizlik nümayiş etdirməyə başlamışdı.

İranda qadınlardan ictimai yerlərdə başlarını örtməsi qaydasını pozanları ya 2 aylıq həbs cəzası, ya da 25 dollara qədər cərimə gözləyir."Amerikanın səsi"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar