Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kosmik hava durumu açıqlandı

Tarix: 15-07-2019 10:38     Baxış: 3130 A- / A+
Kosmik hava durumu açıqlandı


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 15-dən 17-dək olan kosmik hava durumunu açıqlayıb.

Verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. İyulun 13-də UTC-də mərkəzi S28W42 zonası yaxınlığında olan kanal boyunca təxminən 15 dərəcəlik uzun sap (“filament”) meydana gəlib. Bu sap bilavasitə Rgn 2744 (S28, L = 214) köhnə fəallıq oblastı yaxınlığında yerləşir. İyulun 14-də UTC-də SDO / AIA 193 görüntülərində tac qaralması qeydə alınıb. Həmin gün UTC-dən başlayaraq LASCO C2 görüntülərində şimal-qərb limbindən qalxan və yavaş sürətlə hərəkət edən dar CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunub. Bu tac kütlə atlmasının WSA / ENLIL modelləşdirilməsi həmin CME-də Yerə doğru yönələn komponentin olmadığını aşkarlayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, İyulun 14-də UTC-də özünün 4,208 pfu maksimal qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında olub. Bzkomponenti üçün kənaraçıxma +3 /-4 nT intervalında olub. Phi bucağı əsasən müsbət sektorda qərarlaşıb.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (15 - 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 - 17 iyul) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 - 17 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır. STEREO A külək məlumatları əsasında sürətin 450 – 550 km/san diapazonunda dəyişəcəyi gözlənilir.

Proqnoz dövründə 15 iyul günorta radələrindən başlayaraq mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektivləşdiyindən fəal şəraitin meydana gələcəyi , 16 iyulda bu şəraitin davam edəcəyi (Kp=3, 4), 17 iyulda isə nisbi sakitləşəcəyi (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar