Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müqəddəs ziyarətlər vahid qaydada həyata keçiriləcək - RƏSMİ

Tarix: 12-07-2019 16:08     Baxış: 3121 A- / A+
Müqəddəs ziyarətlər vahid qaydada həyata keçiriləcək - RƏSMİ


"Nəzərdə tutulur ki, İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilsin".

Manevr.az bildirir ki, bunu APA -ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, bəzən bu yerlərə ziyarətləri hansısa bir şirkət və ya turist qrupu təşkil edir: "Həmin adamlar da orada problemlərlə üzləşir, bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur və nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir".
"Bununla əlaqədar "Dini etiqad azadlığı haqqında" Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də var. Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq", - deyə M. Qurbanlı bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar