Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşanı işğal edən erməni general öldü

Tarix: 11-07-2019 22:43     Baxış: 3159 A- / A+
Şuşanı işğal edən erməni general öldü

Dünən Şuşanın işğal əməliyyatının qərargah rəisi, 76 yaşlı erməni general-mayor Feliks Qzoğyan ölüb.

Manevr.az xəbər verir ki, Rafael (Feliks) Hovhannes Qzoğyan 1943-cü il yanvarın 15-də, Ermənistanın Loru vilayətinin Şamluğ (Şamlıq-red) qəsəbəsində anadan olub.

Qzoğyan 1963-cü ildə Daşkənd Ali Tank Komandirləri Məktəbini bitirdikdən sonra SSRİ SQ-nin Zaqafqaziya Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində tank taqım komandiri, tank bölük komandiri, tank tabor komandiri, tank hərbi hissə komandiri və tədris mərkəzinin rəhbəri kimi xidmət edib.

1988-ci ildə Sovet ordusundan tərxis olunub və polkovnik-leytenant rütbəsi ilə Ermənistana göndərilib. Bundan sonra "Yerkrapah" hərbi təşkilatının tərkibinə daxil olub və İcevan "yerkrapahçıları"nın qərargah rəisi kimi sərhəd zonasına gedib. 1990-cı ildə İrəvanda təşkil olunmuş Xüsusi Alay komandirinin müavini (qərargah rəisi) təyin olunub. Daha sonra Goranboy rayonunda təxribatçı əməliyyatlarının sistemləşdirilməsi üçün Şahen Meğryanla birlikdə bölgəyə göndərilib. Erkəç, Buzluq, Mənəşli kəndlərinin işğal əməliyyatlarına rəhbərlik edib.

Qzoğyan 1991-ci ildə Ermənistanın Müdafiə Komitəsinin yaradılması işində iştirak edib və bundan sonra Qarabağa göndərilib. 1992-ci ilin fevralında seperatçı qüvvələrin "qərargah rəisi" təyin olunub. 1992-ci il ilin 17 oktyabrından 1993-cü ilin 11 martına qədər cənub-şərq istiqamətinin komandiri təyin olunub.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar