Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yevgeni Onegin”in ilk nəşri 580 min dollara satıldı

Tarix: 10-07-2019 08:17     Baxış: 3146 A- / A+
“Yevgeni Onegin”in ilk nəşri 580 min dollara satıldı

Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri “Сhristie's” satış evinin Londonda keçirdiyi hərracda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.

Manevr.az xəbər verir ki, satış evi iyulun 9-da keçirilən “Rus ədəbiyyatının qızıl əsri” hərracında ümumilikdə 2,27 milyon funt sterlinq gəlir əldə edildiyini bildirib.

1825-ci ildə Sankt-Peterburqun Xalq Maarifi Departamenti tərəfindən çap olunan roman ilkin qiymətindən üç dəfə baha satılıb.

Nikolay Qoqolun “Dikanka yaxınlığında xutor axşamları” iki cildlik kitabının 1831-1832-ci illərdə çap olunmuş nadir nəşrinin satış qiyməti isə ilkin qiymətini iki dəfə üstələyib.

Londonda keçirilən hərraca ümumilikdə Avropada şəxsi kolleksiyalarda saxlanan 120 nadir çap nümunəsi, o cümlədən Mixail Lermontov, Fyodor Dostoyevski, Lev Tolstoy və digər müəlliflərin əsərləri çıxarılıb.

Rus incəsənətinin nümunələri kolleksiyaçılar arasında ənənəvi populyarlığa malikdir. Belə ki, iyunun əvvəllərində Londonda təşkil olunan və “Christie's”, “Sotheby's”, “MacDougall's”, “Bonhams” satış evlərinin iştirak etdiyi rus incəsənəti nümunələrinin bahar hərracında əldə olunan gəlir 35,74 milyon funt sterlinq (45 milyon dollar) təşkil etmişdi.Azərtac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar