Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Napoleonun ən yaxın dostunun qalıqları tapılıb

Tarix: 09-07-2019 08:15     Baxış: 3130 A- / A+
Napoleonun ən yaxın dostunun qalıqları tapılıb

[b]Rusiyalı arxeoloqlar insan qalıqları aşkar edib. Ehtimala görə, onlar Napoleon Bonapartın müttəfiqlərindən birinə - general Gündenə məxsusdur.[/b]

Manevr.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.[/b]

Qalıqlar Smolenskdə aparılan qazıntılar zamanı tapılıb. Skeletin sol ayağı yoxdur, sağ ayağı isə ciddi zədələnib. Tarixi mənbələrə əsasən, general hər iki ayağından ciddi zədə almışdı. Bu da alimlərə həmin qalıqların məhz Gündenə məxsus olmasını iddia etməsinə əsas verib. Lakin sözügedən versiyanı yalnız DNT ekspertizası təsdiqləyə bilər. Artıq generalın nəslinin bir nümayəndəsi Moskvaya, genetik nümunələr vermək üçün gəlməyə razılıq verib.

DNT ekspertizasından sonra qalıqların həqiqətən də generala məxsus olması sübuta yetirilərsə, onun sümükləri Fransada basdırılacaq. Mütəxəssislərin sözlərinə görə, bu, Napoleonun tapılan ilk generalıdır.

Qeyd edək ki, Günden 1768-1812-ci illərdə Napoleonla bərabər hərbi məktəbdə təhsil alıb. Onlar yaxın dost və müttəfiq olublar. 1812-ci il avqustun 19-da Valutina dağı yaxınlığındakı döyüşdə ciddi xəsarət alan Günden Smolensk şəhərində dünyasını dəyişib.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar