Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İran dünyanı vahiməyə salan açıqlamanı verdi - Bu gündən etibarən...

Tarix: 07-07-2019 18:48     Baxış: 3136 A- / A+
İran dünyanı vahiməyə salan açıqlamanı verdi - Bu gündən etibarən...

İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan uranın zənginləşdirilməsi limitini artıq keçib.

Manevr.az xəbər verir ki, bunu İranın hökumət sözçüsü Əli Rəbiyi açıqlayıb.

Mətbuat katibi bildirib ki, razılaşmada nəzərdə tutulan uranın zənginləşdirilməsi üzrə 3,67-lik limit bu gün ləğv edilib. Həmçinin qeyd edilib ki, 2015-ci ildə 6 ölkə arasında imzalanan razılaşmada müəyyən edilən öhdəliklərə sadiq qalmaq səviyyəsi hər 60 gündən bir yenilənəcək.

Məsələ ilə bağlı beynəlxalq reaksiya İsrailin baş naziri Benyamin Netanyahudan gəlib. O, İranın olduqca təhlükəli addım atdığını deyib və Avropanı Tehrana sanksiyalar tətbiq etməyə çağırıb: “İran BMT Təhlükəsizlik Şurasının bəyannaməsi çərçivəsində uranın müəyyən edilən səviyyədən çox zənginləşdirilməsi məsələsində verdiyi sözü tutmadı. Dostlarıma, Fransa, İngiltərə və Almaniyanın başçılarına səslənirəm. Siz bu razılaşmanı imzaladınız və İran bu addımı atanda ən qısa müddətdə ciddi sanksiyalar tətbiq ediləcəyini söylədiniz. Bu Təhlükəsizlik Şurasının qərarı idi. Haradasınız?”

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani 8 mayda ölkəsinin nüvə razılaşmasındakı öhdəliklərini azaltdığını və razılaşmanın digər tərəflərinə İranın maraqlarını qoruyacaq tədbirlər görməsi üçün 60 gün müddət verdiklərini açıqlamışdı. İranın verdiyi müddət bu gün baş çatdı.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar