Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu kitablar 8 milyon avrodan artıq qiymətə satıldı

Tarix: 07-07-2019 10:12     Baxış: 3156 A- / A+
Bu kitablar 8 milyon avrodan artıq qiymətə satıldı

“Christie's” hərrac evi üç gün keçirilən hərraclardan sonra məşhur sürrealist müəlliflərin əsərlərini iyulun 5-də 8,116813 milyon avroya satıb.

Söhbət uzun illər sürrealist ədəbiyyat toplamış fransalı kolleksiyaçı Pol Detribanın (1926-2017) raritet nəşrlərdən ibarət kitabxanasının birinci hissəsinin satılmasından gedir. Tam bir sıra lotların son qiyməti nəzərdə tutulan qiyməti üstələyib.

Məsələn, Pol Elüarın 1936-cı ildə çapdan çıxmış “La barre d'appui” ("Barmaqlıq”) şeirlər toplusu üçün 532 min avro ödənilib, halbuki onun qiymətinin 100-150 min avrodan çox olmayacağı gözlənilirdi. Kitab Pablo Pikassoya məxsus üç ofortla illüstrasiya olunub. Bundan əlavə, rəssam bu nüsxədə öz əlinin izini qoyub. Bu kitabın qiyməti indiki hərraclarda ən yüksək qiymət olub.

Andre Bretonun “Sürrealizmin ikinci manifesti“ kitabının birinci nəşrinin iki nüsxəsi də yaxşı qiymətə satılıb. Kitablardan birinin frontispisində sürrealist rəssam Salvador Dalinin avtoqrafı var. Kitabın yeni sahibi onun üçün 442 min avro ödəyib, halbuki gözlənilən qiymət 60-120 min avro olub.

Hərrac evinin nümayəndəsi bildirib ki, iyulun 3-dən hərraca çıxarılan 605 lotdan 546-nın satılması bu hərracın müvəffəqiyyətlə keçdiyini göstərir. Bu zaman Fransa Milli Kitabxanası, Pompidu Mərkəzi və Nant şəhərinin Milli Kitabxanası Fransa qanunlarının onlara verdiyi satınalmada üstünlük hüququndan istifadə ediblər. Həmin qurumların ekspertlərinin seçdiyi 14 lot onlara ucuz qiymətə satılacaq.

“Christie's” hərrac evindən bildiriblər ki, uzun illər kitab kolleksiyası toplayan Pol Detriba bu kolleksiya əsasında 1909-1980-ci illər dövründə sürrealist ədəbiyyatın və incəsənətin nümayəndələrinin yaradıcılığını əhatə edən “Avanqardın kitabxanası”nı açmağı planlaşdırırdı. Onun unikal kolleksiyası 13 min kitab, jurnal, kitabça, afişa və vərəqələrdən ibarət olub. Onların 6 mini “Christie's” hərracı vasitəsilə satılır. Yeni hərraclar 2020-ci ilin iyuluna qədər keçiriləcək.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar