Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvada Avropada ən hündür göydələn inşa olunacaq

Tarix: 06-07-2019 20:11     Baxış: 4164 A- / A+
Moskvada Avropada ən hündür göydələn inşa olunacaq


Rusiya paytaxtının "Moskva-Siti” Beynəlxalq İşgüzar Mərkəzinin ərazisində unikal yaşayış göydələninin tikintisinə hazırlıq işləri başlayıb.

Hazırda test dirəklərinin qurulması və özülün hasarlanması işləri aparılır. Moskva merinin şəhərsalma siyasəti və inşaat məsələləri üzrə müavini Marat Xusnullin deyib: "Bu, çox mürəkkəb və iddialı layihədir. Mən əminəm ki, bina yüksək keyfiyyətlə və vaxtında inşa ediləcək”.

O qeyd edib ki, "One Tower” qülləsi Avropada ən hündür yaşayış binası olacaq.

"Mosinjproyekt” şirkətinin baş direktoru Mars Qazizullin qeyd edib ki, monolit konstruksiyalar quraşdırılan zaman binanın konstruksiyasına bərkidilən üç qüllə kranından istifadə olunacaq.

Qazizullin deyib: "Tikilinin sahəsi 0,8 hektardır. İnşaat işlərinin ən qızğın çağında obyektdə azı 2 min adam çalışacaq”.

Layihədə yeraltı avtomobil dayanacağı ilə çoxfunksiyalı hündür yaşayış kompleksinin – qradiyent şüşə fasadları olan əyilmiş prizma formasında göydələnin tikintisi nəzərdə tutulub. Qüllənin ümumi hündürlüyü 405 metr təşkil edəcək, stilobatın hündürlüyü 80 metr olacaq. Binada 101 yerüstü və üç yeraltı mərtəbə nəzərdə tutulub.

Yeni göydələn "1-ci Krasnoqvardeyski” keçidi ərazisində, "Merkuri” və "Qrand Tauer” qüllələrinin yaxınlığında yerləşəcək. Binanın stilobat hissəsində biznes-mərkəz, mağazalar, restoranlar, uşaqlar üçün asudə vaxt mərkəzi, mərtəbələrində isə mənzillər yerləşəcək. 100-cü mərtəbə səviyyəsində müşahidə meydançası yaradılacaq. Gələcək göydələn "Moskva-Siti” ərazisindəki "Federasiya qülləsi” binasından 33 metr hündür olacaq. (Azərtac)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar