Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gülnarə Kərimovanın 1.2 milyard dollarına əl qoyulub?

Tarix: 06-07-2019 17:50     Baxış: 3164 A- / A+
Gülnarə Kərimovanın 1.2 milyard dollarına əl qoyulub?


Özbəkistanın Ədliyyə Nazirliyi mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın xaricdəki mal varlığının qaytarılması ilə bağlı əməliyyatların davam etdiyini bildirib.

Manevr.az bildirir ki, ölkənin Ədliyyə Nazirliyi türmədəki Kərimovanın sağlamlıq vəziyyəti və xaricdəki varidatının ölkəyə qaytarılması ilə bağlı yazılı açıqlama verib.

Kərimovanın sərvətinin ölkəyə qaytarılması ilə bağlı müzakirə və prosedurların beynəlxalq hüquq normalarına uyğun olaraq hökumət səviyyəsində davam etdirildiyi əks olunan açıqlamada aşağıdakılar da qeyd olunub: "Bu varidata xarici ölkənin müvafiq qurumları tərəfindən əl qoyulduğu üçün onların qaytarılması Kərimovanın və ya ailə üzvlərinin nəzarətində deyil".

Açıqlamada eyni zamanda qeyd olunub ki, G.Kərimovanın hər hansı sağlamlıq problemi yoxdur. Daşkənd yaxınlarındakı bir türmədə saxlanan Gülnarə Kərimovnın qızı İman Kərimova keçən həftə sosial media hesabı üzərindən verdiyi açıqlamada 1,2 milyard dollar dəyərindəki investisiyaların dövlətin nəzarətinə keçdiyini, 131 milyon dollar dəyərindəki pulun geri gətirilməsi üçün əməliyyatın davam etdiyini, 555 milyon dollarlıq vəsait üçün də lazımi addımların başlandığını bildirmişdi.

Özbəkistan məhkəməsi tərəfindən 2017-ci ilin dekabrında rüşvət, korrupsiya, ticarət və gömrük qaydalarının pozulması ittihamlarından 10 il həbsə məhkum edilən Gülnarə Kərimovanın cəza müddəti haqsız əldə etdiyi gəlirləri və dövlətə verdiyi zərəri geri ödəməyi qəbul etməsiylə 2018-ci ilin iyulunda 5 ilə endirilib və cəzası da ev həbsilə əvəzlənmişdi.

Kərimova ev həbsi şərtlərini pozduğu üçün təkrar türməyə göndərilib./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar