Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Parisdə uçan taksilər istifadəyə veriləcək

Tarix: 03-07-2019 08:10     Baxış: 3151 A- / A+
Parisdə uçan taksilər istifadəyə veriləcək
2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlaşan təşkilatçıların həll edəcəyi əsas problemlərdən biri qonaqların daşınması ilə bağlıdır. Belə ki, hazırda Şarl de Qol aeroportuna gələn sərnişinlər hava limanından şəhərə avtobus və ya qatarla çatmaq üçün təxminən 3 saat sərf edirlər.

Manevr.az "ICTnews"a istinadən xəbər verir ki, bu problemin aradan qaldırılması üçün 2024-cü ilədək aeroport və Parisin mərkəzi arasında hərəkət edəcək uçan taksilərin istifadəyə verilməsi nəzərdə tutulur. Onların planına görə, hava nəqliyyatı hər 6 dəqiqədə bir dəfə reyslər yerinə yetirəcək.

Parisin hava taksisi roluna əsas namizəd kimi yazda "Airbus" şirkətinin təqdim etdiyi "CityAirbus" aparatı göstərilir. 30 kilometr məsafəyə 120 km/saat sürətlə uça bilən aparatın sərnişin tutumu 4 nəfər təşkil edir. Onun pilotsuz uçuş funksiyası ilə təchiz edilməsi planlaşdırılır.

Bu ilin sonunadək Şarl de Qol aeroportu hava taksiləri terminalının yerləşəcəyi yeri müəyyənləşdirəcək. Sonra 18 ay ərzində ilk uçuş sınaqlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlcə bu məqsədlə mövcud vertolyot hava dəhlizindən istifadə ediləcək. Beləliklə, Paris uçan şəhər nəqliyyatının istifadəyə veriləcəyi ilk meqapolislərdən ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar