Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan parlamentində əlbəyaxa dava – VİDEO

Tarix: 25-06-2019 19:50     Baxış: 3188 A- / A+
Gürcüstan parlamentində əlbəyaxa dava – VİDEO

Gürcüstan parlamentində hakim “Gürcü Arzusu” və müxalif “Milli Hərəkat”, “Avropalı Gürcüstan” partiyalarının deputatları arasında qarşıdurma yaşanıb.

Manevr.az musavat.com-a istinadla xəbər verir ki, müxalif deputatlar birinci vitse-spiker Tamara Çuqoşvilidən aksiya iştirakçılarının tələblərini, o cümlədən, Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını müzakirə etməyi tələb ediblər.

Bəyanatdan sonra deputatlar bir-birinin ünvanına kəskin ifadələr səsləndirərək, əlbəyaxa davaya keçiblər.

Bundan sonra T.Çuqoşvili texniki fasilə elan edib və müxalif deputatlar etiraz əlaməti olaraq zalı tərk ediblər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək, iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar