Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hitlerin yəhudi qızla ŞƏKİLLƏRİ ortaya çıxdı

Tarix: 23-06-2019 18:09     Baxış: 4414 A- / A+
Hitlerin yəhudi qızla ŞƏKİLLƏRİ ortaya çıxdı


Ötən il ABŞ-da satılan bir şəkildə yəhudi qızı Roza və yəhudi düşməni olan Adolf Hitlerin səmimi görüntüləri təəccüb doğurub.

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, şəkli 1933-cü ildə fotoqraf Henrix Hoffman çəkib.

Hitler və yəhudi Roza Bernilenin doğum günləri eyni günə təsadüf edir.

Məlum olub ki, həmin gün Hitlerin Alp dağlarında olan evinin qarşısına böyük bir izdiham toplaşıb. Roza və anası da orada olub.

Hitler Roza ilə doğum günlərinin eyni ayın tarixinə düşdüyünü bildikdə qızı və anasını evə dəvət edərək onlarla səmimi şəkillər çəkdirib.

Nasist rəsmiləri Rozanın anası Karolinanın yəhudi olduğunu fərq edib, bu haqda Hitlerə bildiriblər. Ancaq Hitler əhvalını pozmadan Roza ilə dostluq etməyə başlayıb. Hətta birlikdə çəkdirdikləri şəklə "Sevgili Roza Nienau, Adolf Hitler, 16 aprel 1933 Münhen" sözlərini yazaraq kiçik qıza hədiyyə də göndərib.

İki yaxın dost 1935-1938-ci illər arasında 17 dəfə məktublaşıb.

Ancaq Hitlerin xüsusi müşaviri Bormann Rozanın anası Karolina ilə əlaqə saxlayaraq qızının Hitlerə bir daha məktub yazmamasını əmr edib. Kiçik yəhudi qızla Hitlerin qəribə dostluğuna beləcə nöqtə qoyulur.

Roza 1943-cü ildə 17 yaşında Münhendə bir xəstəxanada vəfat edib.

Hitlerin yəhudi qızla ŞƏKİLLƏRİ ortaya çıxdı
Hitlerin yəhudi qızla ŞƏKİLLƏRİ ortaya çıxdı
Hitlerin yəhudi qızla ŞƏKİLLƏRİ ortaya çıxdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar