Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanın DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Tarix: 20-06-2019 23:51     Baxış: 2138 A- / A+
Gürcüstanın DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu etiraz aksiyasının keçirildiyi parlament binası qarşısında jurnalistlərə deyib.

“Mən belə bir zərurət yaranarsa, problemsiz istefaya gedərəm”, – deyə o bildirib.

Gürcüstanda etirazlar cümə axşamı başlayıb. Ölkənin parlament binası qarşısına toplaşan mitinqçilər Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasının sessiyasında iştirakına etiraz edirlər. Hazırda onlara müxalifət nümayəndələri də qoşulub və hökumətin istefası tələb olunur.

Aksiya zamanı artıq iştirakçılar və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını almağa çalışır. Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar