Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tbilisidə rus deputatları qovurlar: “Rədd olun ölkədən!” – VİDEO

Tarix: 20-06-2019 16:08     Baxış: 2176 A- / A+
Tbilisidə rus deputatları qovurlar: “Rədd olun ölkədən!” – VİDEO


Dünən Tbilisidə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insidentə səbəb Rusiyanın Kommunist Partiyasından olan deputat, Assambleyanın prezidenti Sergey Qavrilovun hərəkəti olub. Deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub.

Vahid Milli Hərəkat Partiyasının deputatı Tina Bokuçava artıq məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatında o, “Gürcü Arzusu”nun “Rusiya Arzusu” olduğunu bildirib. Bokuçava bunun Gürcüstan üçün təhqir olduğunu deyib.



“Gürcü Arzusu” Partiyasından olan deputat Arçil Talakvadze də rusiyalı deputatın bu addımına reaksiya verib. O, konfransın dərhal bitməsini və rus deputatların Gürcüstanı tərk etməsini istəyib.

Bununla bərabər parlamentdə rus deputatlara daha sərt şəkildə Avropa Gürcüstanı Partiyasının deputatı Akakiy Boboxidze müraciət edərək, onların üstünə su atıb: “Abxaziya, Samaçablo haradadır? Rədd olun bu ölkədən!”.

Bu gün isə Vahid Milli Hərəkat Partiyası və Avropa Gürcüstanı Partiyasının deputatları parlamentdə spiker tribunasını zəbt edərək aksiya keçiriblər. Onlar baş verənlərdə hökuməti ittiham edərək, Qavrilovun iclasa qatılmamasını istəyiblər.

Deputatlarla bərabər parlament binasının qarşısında da aksiya təşkil olunub.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyası 1993-cü ildən mövcuddur. Assambleya Yunanıstanın təşəbbüsü ilə yaradılıb. Budəfəki assambleyada Azərbaycanı deputat Mixail Zabelin təmsil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar