Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada iş günlərinin sayı azaldıla bilər

Tarix: 11-06-2019 22:21     Baxış: 3163 A- / A+
Rusiyada iş günlərinin sayı azaldıla bilər


Rusiyada gələcəkdə sosial-əmək müqaviləsinin əsasını dörd günlük iş həftəsi təşkil edə bilər.

Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.

"Texnoloji proses təkcə iş yerlərinin yox, həm də iş vaxtının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalır. Yəqin ki, gələcəkdə dörd günlük iş həftəsi sosial-əmək müqaviləsinin əsasını təşkil edəcək", - deyə o, Beynəlxalq Əmək Konfransında etdiyi çıxışda bildirib.

Medvedevin sözlərinə görə, karyera uğurunun təqibi rusiyalılara xroniki yorğunluq və daima stress vəziyyətində olma riski yaradır. Bu isə öz növbəsində əmək məhsuldarlığına və ölkənin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Medvedev iki həftə əvvəl Ümumdünya Səhiyyə Assambleyasında streslə əlaqədar emosional partlayış sindromunun rəsmi olaraq xəstəliklər siyahısına daxil edildiyini xatırladıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar