Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən yeni gülünc iddia: Messi ermənidir və...

Tarix: 10-06-2019 19:37     Baxış: 3235 A- / A+
Ermənilərdən yeni gülünc iddia: Messi ermənidir və...

Məşhur şəxslərin erməni kimi qələmə verilməsi ilə bağlı yeni mövzu sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilib.

Manevr.az axar.az-a istinadən bildirir ki, biz artıq dəfələrlə Napoleonun, Cüzeppe Verdinin, Nefertitinin, Leonardo Da Vinçinin, Tereza Ananın və bir çox başqa şəxsiyyətlərin erməni olması ilə bağlı absurd iddialar eşitmişik. Ermənilərin bu gülünc iddialarını eşidən bir çox insan “xəstədirlər, nə etmək olar” deyərək gülür, bəziləri çiyinlərini çəkir, bəziləri isə hətta nələrisə kimlərəsə sübut etməyə çalışırlar.

Bu gün isə ermənilər yeni bir saxta informasiya yaymağa başlayıblar. Artıq “Misir piramidalarını tikən” ermənilər müasir futbolun ən yaxşı və məşhur futbolçularından sayılan Lionel Messini “özəlləşdirmək” istəyirlər.

Belə ki, erməni ictimai xadim, Londonda BBC proqramının prodüseri Mark Qriqoryan “Levon Messiyan”ın erməni əslini “sübut” edən paylaşım edib:

“Messinin ulu nənəsi Urfadan olan ermənidir. Qırğından qaçaraq Braziliyaya gedib. Burada illər sonra argentinalı bir nəfərə ərə gedib. Onunla birlikdə ölkənin şimal şərqindəki Rosario şəhərinə gedib”.

İndi isə Messinin anası Seliya Kuççittininin müsahibələrindən birində nə dediyinə baxaq:

“Mənim köklərim İtaliyadan, daha dəqiq desək, Ankona şəhərindən 30 kilometr məsafədəki İtaliyanın Porto-Rekanati bölgəsindəndir. 19-cu əsrin sonunda mənim əcdadlarım Argentinaya köçüblər”.

Britaniyalı jurnalist Qriqoryan özünə əziyyət verərək, heç axtarış sistemində Messinin anasının adını axtarmayıb ki, öz versiyasının gülünclüyünü görsün. Ancaq elə bu da yaxşıdır. Qoy bütün dünya ermənilərin mahiyyətini və saxtalaşdırma sevgisini anlasın. Heç kim sizə nəyisə sübut etməyə çalışmayacaq, belə də davam edin. Sadəcə öz fantaziyalarınızda boğulmayın...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar