Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əfsanəvi “Komandante” – Fidel Kastorunun doğum günüdür: Bioqrafiya-Fotolar

Tarix: 13-08-2016 17:21     Baxış: 4529 A- / A+


Bu gün dünyanın ən məhşur inqilabçılarından biri, 47 il Kubaya rəhbərlik etmiş, əfsanəvi "Komandante" – Fidel Kastorunun doğum günüdür.

Əfsanəvi “Komandante”

"Azadlıq adası"nın lideri 13 avqust 1926-cı ildə anadan olub və 1959-cu ildən 2008-ci ilədək Kubaya rəhbərlik edib. Özünün dediyinə görə, onu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. Fövqəladə xarizması, alovlu nitqləri və dəyişməz imici ilə fərqlənən Kastronun bioqrafiaysı bütöv epoxanı əhatə edir. Hazırda onu ötən əsrin 50-ci illərindən vüsət alan solçu inqilablar dalğasının zirvəyə çıxardığı siyasətçilər pleyadasından "sonuncu mogikan" adlandırmaq olar.

Qərb analitikləri 90 yaşlı Kastrodan danışarkən, onu "sağ qalmaq ustası" kimi də qələmə verirlər. Onilliklər ərzində ABŞ kəşfiyyatının əsas hədəflərindən biri olsa da, hər zaman tale üzünə gülüb və ona qarşı bütün sui-qəsdlər puça çıxıb. Kastro özü doğurdan da siyasi fenomendir və dramatik, təzadlı 20-ci əsrin yadigarı parlaq siyasətçilər, xarizmatik liderlər nəslinin ən koloritli nümayəndələrindən biridir. Kastronun solçu romantik, mübariz kimi parlaq obrazı hələ uzun müddət gəncləri, solçuları cəzb etməkdə davam edəcək. Baxmayaraq ki, o, diktator Batistani devirmişdi, bununla belə, özü də Kubada solçu diktatura qurdu.

Beləliklə, Manevr.az Strateq.az-a istinadla Fidel Kastronun qısa bioqrafiyasını təqdim edir:

Atası İspaniyadan gələn mühacir – fəhlə və Kubada iri şəkər plantasiyalarının sahibi olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.



Əfsanəvi “Komandante”

Kastro təhsilini Çilinin paytaxtı Santyaqoda katolik internat məktəbində alıb. 1941-ci ildə Kastro əla qiymətlərlə bu məktəbi bitirir. Müəllimləri qeyd edirlər ki, o, şöhrətpərəstliyi və bütün davalarda aktiv iştirak etməsi ilə fərqlənirdi. Məktəbdən sonra Havanadakı yezuit kollecində oxuyub. Sonradan Kastro Havana Universitetinə daxil olub və hüquq fakültəsini bitirib.

Ötən əsrin 50-ci illərinin əvvəllərində o, Kuba Xalqları Partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb. Kubada 1952-ci ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş baş verib və diktatura rejimi qurulub. Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da, tezliklə dağıdılıb. Buna baxmayaraq, Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhd göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib. Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib. O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışında diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə amnistiyaya düşüb. Həmin il o, Meksikaya mühacirət edib.

Əfsanəvi “Komandante”

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabi hökumətinin baş naziri olub.

47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq "Komandante" bütün bunlardan salamat çıxıb.

Kastro alovlu natiq kimi də tarixə düşəcək. O, saatlarla dayanmadan danışa bilirdi. Məsələn, o, Amerika konqresmenlərinə sağlam inək sortunun yetişdirilməsi barədə üç saat mühazirə oxuyub, BMT Baş Assambleyasının toplantısında isə yeddi saat çıxış edib. Kastronun şəxsi həyatı barədə çox az məlumat var. Onun neçə arvadının olduğu dəqiq məlum deyil, ancaq Kastro bu vaxtadək üç dəfə evlənib.

Məlumdur ki, onun birinci arvadı Batista rejiminin nazirlərindən birinin qızı olub. Həmin evlilikdən Kastronun bir oğlu var. Diktatorun cəmi altı övladının olduğu deyilir. Onun ikinci evlilikdən olan qızı Alina 1993-cü ildə saxta ispan pasportuyla ABŞ-a qaçıb və sonradan Kastronun şəxsi həyatı haqda kitab yazıb. Kastronun bacısı Xuanito da 60-cı illərdə ABŞ-a mühacirət edib. Çünki diktator öz yaxınlarına münasibətdə də amansız idi.

Əfsanəvi “Komandante”

Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi.

Çox güman ki, Kastro həmişə geydiyi tünd rəngli frençlə Stalinin qəlyanı və ya Çörçilin siqarı ilə də tarixə düşəcək. Kubalılar Kastronu həmişə bu frençdə görüblər. Xarici görünüşünə görə o, adi hərbi mundirdən fərqlənmir, ancaq əslində o xüsusi materialdan hazırlanıb və diktarorun bədənində sabit temperatur saxlayır.

Strateq.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar